Deputat: "Fazil Mustafanın Şah İsmayılla bağlı fikirlərində təhqir xarakterli məqam yoxdur"
SİYASƏT
10.08.2026, 15:25
Milli Məclisin deputatı Fazil Mustafanın Şah İsmayıl Xətai və Səfəvilər dövrü ilə bağlı “Facebook” hesabında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Deputatın Səfəvi siyasi-dini irsinə tənqidi yanaşması sosial şəbəkə istifadəçilərinin bir qismi tərəfindən narazılıqla qarşılanıb.
Fazil Mustafanın Şah İsmayılla bağlı mövqeyi yeni deyil. O, müxtəlif vaxtlarda etdiyi paylaşımlarda və verdiyi müsahibələrdə tarixi şəxsiyyətlərin fəaliyyətinin emosiyalarla deyil, nəticələri əsasında qiymətləndirilməsinin vacibliyini bildirib. Deputatın bu yanaşması isə zaman-zaman tarixçilər, siyasətçilər və sosial şəbəkə istifadəçiləri arasında kəskin polemikalara yol açıb. Sosial şəbəkələrdəki iddialara görə, Fazil Mustafa barədə tədbir görülməsi üçün Milli Məclisin İntizam komissiyasına müraciət olunub.
Mia.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı Milli Məclisin İntizam komissiyasının üzvü Nəsib Məhəməliyevlə əlaqə saxlayıb.
O bildirib ki, Fazil Mustafa ilə bağlı komissiyaya hər hansı müraciət daxil olmayıb:
“Deputat Fazil Mustafa ilə bağlı Milli Məclisin İntizam komissiyasına heç bir ərizə, şikayət və yaxud məlumat daxil olmayıb. Fazil Mustafa kifayət qədər yüksək intellektual səviyyəyə malik, maarifpərvər və tədqiqatçı şəxsdir. Dünyada və ölkədə gedən prosesləri yaxından izləyir, özünəməxsus prinsipləri əsasında həqiqət hesab etdiyi fikirləri müdafiə etməyi bacarır”.
N.Məhəməliyevin sözlərinə görə, Fazil Mustafanın Şah İsmayılla bağlı fikirlərində təhqir xarakterli məqam yoxdur:
“Fazil müəllimin dediklərində Şah İsmayılla bağlı bir dənə də olsun təhqiredici fikir yoxdur. Onun çoxsaylı müsahibələri ilə tanışam. Məqsədi xalqımızın cəhalətə və xurafata meyillənməməsinə, maarifçiliyə, dünyəvi dövlət quruculuğuna və müasirləşməyə yönəlib. Burada mənfi heç nə yoxdur.
Fazil Mustafa deputatdır və mənəvi senzura, eləcə də qanunların tələbləri çərçivəsində istənilən fikri səsləndirməkdə azaddır. Heç kimə demək olmaz ki, mütləq mənim kimi düşünməlisən”.
Komissiya üzvü hesab edir ki, deputatın fikirləri ilə razılaşmayan şəxslər təhqirə deyil, faktlara və əks arqumentlərə üstünlük verməlidirlər: “Yaxşı olar ki, "klaviatura qəhrəmanları", elementar əxlaq və ünsiyyət normalarından uzaq insanlar deyil, məhz kompetent şəxslər Fazil bəyin fikirlərini mədəni şəkildə, faktlar və əks arqumentlərlə təkzib etsinlər. Bununla da cəmiyyəti maarifləndirsinlər. Söyüş söyməklə, təhqir etməklə və başqalarını aşağılamaqla normal cəmiyyət qurmaq mümkün deyil”.
Nəsib Məhəməliyev sosial şəbəkələrdə yaranan qarşıdurmanın cəmiyyət daxilində parçalanmanı dərinləşdirə biləcəyini də vurğulayıb: “İdeal insan yoxdur. Məni ən çox narahat edən sosial şəbəkələr vasitəsilə bir-birini tanımayan insanların düşmənə çevrilməsidir. Bu, cəmiyyətin parçalanmasına xidmət edir. XXI əsrdə sünni-şiə məsələsindən danışmaq, reallıqla uzlaşmayan rəvayətlərə vaxt sərf etmək sadəcə ayıbdır və utandırıcıdır”.
Deputat Şah İsmayıl Xətaiyə münasibətin nə kortəbii məhəbbət, nə də nifrət üzərində qurulmasını düzgün sayır:
“Şah İsmayıl Xətai tarixi şəxsiyyətdir, Səfəvilər imperiyasının qurucusudur. Hesab edirəm ki, ona münasibət nə nifrət, nə də məhəbbət və kortəbii inanclar üzərində qurulmalıdır. Burada xüsusi diqqət edilməli bir məsələ var: istər Şah İsmayılın, istər Nadir şahın, istərsə də digər tarixi şəxsiyyətlərin fəaliyyətində Azərbaycan xalqının inkişafına və birliyinə xidmət edən müsbət və mənfi məqamlar obyektiv qiymətləndirilməlidir”.
N.Məhəməliyev məsələ ətrafında mübahisələrə son qoyulması üçün müstəqil elmi komissiyanın yaradılmasını təklif edib: “Düşünürəm ki, alim və mütəxəssislərdən ibarət müstəqil elmi komissiya yaradılmalı, məsələ ədalətli şəkildə araşdırılmalı və bu mübahisələrə elmi müstəvidə nöqtə qoyulmalıdır. Əks halda, gələcəkdə xoşagəlməz gərginliyin artması qarşısıalınmaz xarakter ala bilər. Bu isə olduqca təhlükəlidir və düşmənin dəyirmanına su tökmək deməkdir”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Putin: "Rusiya və Ukrayna razılığa gələ bilər"
22.10.2026, 23:57 GÜNDƏM
-
Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi genişlənir
22.10.2026, 22:23 İQTİSADİYYAT
-
Qobustan qəsəbəsində iki qardaş bıçaqlanıb
22.10.2026, 21:34 KRİMİNAL
-
Danimarka Rusiyaya qarşı silahlanır
22.10.2026, 21:34 DÜNYA
-
Çində zəlzələ oldu - 7 bal gücündə
22.10.2026, 21:20 DÜNYA
-
Tramp: "İran uduzmağımız üün hər şeyi edir"
22.10.2026, 20:26 DÜNYA
-
VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİ - Dövlət əmlakını mənimsəmə ittihamı ilə
22.10.2026, 20:05 GÜNDƏM
-
Aktrisalığın "daşını atdı", indi təsərrüfatla məşğuldur - FOTO
22.10.2026, 19:46 ŞOU-BİZNES
-
Kanadanın Baş naziri Ankarada: "Türkiyə ilə strateji tərəfdaşlığımıza başlayırıq"
22.10.2026, 19:37 SİYASƏT
-
Türkiyə COP31 Sammitə hazırlaşır
22.10.2026, 19:20 GÜNDƏM
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlayıb
22.10.2026, 18:09 CƏMİYYƏT
-
Rus turist qadını küçənin ortasında qadınlar döydü
22.10.2026, 18:02 DÜNYA
-
Sergen Yalçının məşqçilər heyəti bəlli oldu
22.10.2026, 17:47 İDMAN
-
"Meta" 25 milyard dollar cərimələndi
22.10.2026, 17:41 PRESS
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
22.10.2026, 17:33 KRİMİNAL
-
Mikayıl Cabbarovdan əmr: Nazirliyin Aparat rəhbərinə yeni müavin təyin olundu
22.10.2026, 17:29 CƏMİYYƏT
-
“Gənclər ixtisası həqiqətən özləri seçirlərmi?" - Məleykə Abbaszadə
22.10.2026, 17:20 CƏMİYYƏT
-
Bakıda "Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru" Forumu keçirilib - Nələr müzakirə olunub?
22.10.2026, 17:08 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
22.10.2026, 17:00 İQTİSADİYYAT
-
"Bolt"la bağlı araşdırma aparılır
22.10.2026, 16:49 İQTİSADİYYAT
-
Leyla Əliyeva "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksində - FOTOLAR
22.10.2026, 16:39 MƏDƏNİYYƏT
-
Elşən Babayev vəzifədən azad olunub
22.10.2026, 16:19 CƏMİYYƏT
-
Nigeriyada 80 milyon uşaq qurğuşundan zəhərlənib
22.10.2026, 15:52 DÜNYA
-
Şimali Koreya qonşu ölkəni nüvə silahı ilə hədələdi: "Dəhşətli vəziyyətlə üzləşərsiniz, ağıllı olun!"
22.10.2026, 15:24 DÜNYA
-
Mask: "Pul gələcəkdə əhəmiyyətini itirəcək" - "Hətta ən varlı adamlar belə süni İntellekti..."
22.10.2026, 15:10 İQTİSADİYYAT
-
Kəmaləddin Heydərov Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsini özünə köməkçi götürdü
22.10.2026, 15:02 SİYASƏT
-
Bakı Dövlət Universitetində yeni Mərkəz yaradılıb
22.10.2026, 15:00 CƏMİYYƏT
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək
22.10.2026, 14:46 KRİMİNAL
-
Vüsal Aslanova müavin təyin olunub - Zaur Nağıyevlə bağlı maraqlı məlumatlar
22.10.2026, 14:24 CƏMİYYƏT
-
"Əgər belə davam edərsə, ABŞ-ın bölgədəki bazalarını yenidən vuracağıq"
22.10.2026, 14:02 DÜNYA
-
Zelenski və atəşkəsin qiyməti: taktiki geri çəkilmə, yoxsa gələcək strategiyası? - Üç mümkün ssenari... (TƏHLİL)
22.10.2026, 13:51 SİYASƏT
-
Rusiya-Ukrayna müharibəsi bitir? - Tramp "Həll yoluna daha yaxınıq" deyir
22.10.2026, 13:41 GÜNDƏM
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU
22.10.2026, 13:25 GÜNDƏM
-
"AzerGold"da dəyişiklik - Şöbə müdiri vəzifədən ayrıldı
22.10.2026, 13:13 İQTİSADİYYAT