Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyuldu

img

12-10-2014 [17:03]


Jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə AzadlıqRadiosuna özü məlumat verib. Bildirdiyinə görə, o, oktyabrın 12-də "Forum 2000” konfransında iştirak üçün Praqaya yola düşəcəkmiş.

"Sərhəddə parportumu təqdim etdim. Mənə bildirdilər ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub.”

Xədicə İsmayıl qadağanın səbəbindən xəbərsiz olduğunu dedi: "Mən bilmirəm prokuroluğun mənimlə nə işi ola bilər. Səhər Baş Prokurorluğa məktub yazacam, səbəbini öyrənmək istəyəcəm. Görək bizi hansı sürprizlər gözləyir”- deyə o əlavə edib.

"Forum 2000" konfransı 1997-ci ildən bəri hər ilin sentyabr və ya oktyabr aylarında Çexiyanın paytaxtı Praqada keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA