Məkkə Sazişi sınanır, yoxsa...? - Səudiyyə Ərəbistanına ard-arda yeni hücumlar başlayıb

Məkkə Sazişi sınanır, yoxsa...? - Səudiyyə Ərəbistanına ard-arda yeni hücumlar başlayıb

GÜNDƏM

Bugün, 10:09

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişini mürəkkəbi hələ qurumamış Səudiyyə Ərəbistanına hücumlar başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  İranın dəstəklədiyi Yəməndəki Husi qruplaşması  Səudiyyə Ərəbistanının Cizan şəhərindəki Aramco neft emalı zavoduna və Yəmənin Əl-Muha bölgəsindəki Səudiyyə hərbi bazalarına çoxsaylı raket və dronlarla zərbə endirib.

Məlumata əsasən, Əl-Muhadakı hərbi bazaya hücumda ən azı 7 nəfər həlak olub,  35 nəfər isə yaralanıb.

Xatırladaq ki, avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkədə "Birgə Müdafiə Sazişi" imzalayıblar. Sazişə görə üç dövlətdən hər hansı birinə qarşı silahlı hücum hər üç ölkəyə  hücum hesab ediləcək.

Yəməndə İran tərəfindən dəstəklənən Husilərin son hücmu isə belə sual yaradır: onlar bu üçn ölkənin səbrinimi, yoxsa sazişin nə dərəcə aktiv olduğunumu yoxlamaq istəyirlər?

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR