"UltrAslan" azarkeş qrupunun lideri saxlanıldı - Evdən nələr çıxmadı ki? (FOTO)

\"UltrAslan\" azarkeş qrupunun lideri saxlanıldı - Evdən nələr çıxmadı ki? (FOTO)

İDMAN

Bugün, 00:55

İstanbulda bir neçə ittiihamla saxlanılan "Qalatasaray"ın "UltraAslan" azarkeş qrupunun lideri,  "Sebahattin Şirin" ləqəbli  ilə tanınan Müzəffər Şirinin evində axtraış aparılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, axtarış zamanı onun evindən 1 ədəd sənədsiz tapança, 125 patron, 4 ədəd ballistik polad gödəkçə tapılıb.

Bundan əlavə, evin müxtəlif yerlərində çoxsaylı avro və funt sterlinq aşkarlanaraq götürülüb: "Evdəki seyf və silah laborator müayinə üçün ekspertiza verilib"

Xatırladaq ki,  "UltraAslan" fan qrupunun lideri  Muzaffer Şirin, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb. O, stadionlarda iğtişaşlar yaratmaq, qanunsuz təşkilat yaratmaq, ictimaiyyətə yanlış məlumat vermək və narkotik saxlamaqda ittiham edilir

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR