"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur"

\"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur\"

MƏDƏNİYYƏT

Bugün, 17:45

Çingiz Qənizadə Rəşad Dağlının mümkün əfv olunması ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Mia.az xəbər verir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinin tam başa düşülmədiyini diqqətə çatdırıb.

Ç,Qənizadə qeyd edib ki, Əfv Məsələləri Komissiyasının əsas vəzifəsi müraciətləri toplamaq və dövlət başçısına təqdim etməkdir. Kmissiyanın siyahılarında əsasən ağır xəstələr, ailə vəziyyəti ağır olan şəxslər, cəzasının böyük hissəsini çəkmiş məhkumlar və müəyyən kateqoriyaya aid şəxslər yer alır. "Prezident bu müraciətlərə hər zaman həssas yanaşıb və bir çox hallarda siyahılarda olan şəxslərlə bağlı qərarlar verib". 

Rəşad Dağlı məsələsinə toxunan Ç.Qənizadə qeyd edib ki, o, qəsdən adam öldürmə ittihamı ilə məhkum edilib və hazırda cəza çəkir.

"Siyahıya salınması üçün heç bir əsas yoxdur. Müəyyən istisnalar olur - ağır xəstəlik, ailə vəziyyəti, azyaşlı uşaqlar, sosial durum və digər humanitar amillər. Amma Rəşad Dağlı həmin kateqoriyaya aid şəxslərdən deyil"

Çingiz Qənizadə əlavə edib ki, qanunvericiliyə əsasən, məhkum cəzasının müəyyən hissəsini çəkdikdən sonra əfv olunmaq hüququ qazana bilər. Bununla yanaşı, Prezidentin istənilən şəxsi istənilən vaxt əfv etmək səlahiyyəti var. Lakin bunun üçün əsasların mövcud olması vacibdir.

"Prezident istədiyi şəxsi istədiyi vaxt əfv edə bilər. Amma bunun üçün əsas olmalıdır. Rəşad Dağlı fərdi qaydada əfv olunmalı şəxslər kateqoriyasına aid deyil"/yenisabah.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR