ABŞ-ı sarsıdan böhran təsdiqlənir - Tramp Müdafiə nazirini sərt şəkildə sorğu-sual edib

ABŞ-ı sarsıdan böhran təsdiqlənir - Tramp Müdafiə nazirini sərt şəkildə sorğu-sual edib

GÜNDƏM

Bugün, 10:32

ABŞ Prezidenti Trampın İrana hücumu niyə dayandırmasının gerçək səbəbi təsdiqlənir.

Mia.az xarici mətbuata istinadla bildirir ki, ABŞ Prezidenti Donald Tramp Kemp Deviddə keçirilən toplantıda İrana qarşı hücumu növbəti dəfə dayandırmaq qərarı verərkən Müdafiə naziri Pit Hegsethi uzunmənzilli raketlər və hava hücumundan müdafiə sursatlarının azalması ilə bağlı sərt şəkildə sorğu-sual edib.

Məlumata görə, sursat çatışmazlığı İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatların təxirə salınmasında əsas amil olub.

"Washington Post" qəzeti yazır ki, Kemp Deviddəki toplantıda Tramp bu səbəbdən çox gərgin olub: "O, cavabdeh şəxsləri sərt şəkildə danlayıb və daha sonra başqa bir bəhanə ilə hücumu dayandırma elanını verib!"

Xatırladaq ki, bu barədə xəbər yayılsa da, şəxsən Trampın özü bu iddianı təkzib etmişdi: "Bütün dünyaya bəs edəcək sursatımız var".

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR