MÜHARİBƏNİN QAZANANI 8 NƏHƏNG ŞİRKƏT OLDU: dəqiqədə 700 min dollar!

MÜHARİBƏNİN QAZANANI 8 NƏHƏNG ŞİRKƏT OLDU: dəqiqədə 700 min dollar!

İQTİSADİYYAT

Bugün, 10:12

Bu ilin fevral ayından ABŞ-İran müharibəsininin qazanaın nə bu ölkələr, nə bu ölkələrə birbaşa və ya dolayı dəstək verənlər olub.

Mia.az xartici mətbuata istinadla xəbər verir ki, İran-ABŞ müharibəsi və bu müharibənin fonunda Hörmüz boğazındakı qeyri-müəyyənlik qlobal enerji bazarlarını sarsıtsa da, böhrandan qazananların nəhəng neft şirkətləri olduğu üzə çıxıb.

Məlumata görə, dünyanın səkkiz ən böyük neft şirkəti ilin ikinci rübündə ümumilikdə 93 milyard dollar mənfəət əldə ediblər: "Bu, dəqiqədə təxminən 700.000 dollar deməkdir"

Məlumatda deyilir ki, bu, 8 ən böyük neft şirkəti - Saudi Aramco, BP, Shell, Chevron, ExxonMobil, TotalEnergies, Eni və Equinor ilin ikinci rübü ilə bağlı hesabatlarında öz əksini tapıb: "Səudiyyənin "Saudi Aramco" ikinci rübdə 33 milyard dolları keçərək ən yüksək mənfəət əldə edib. Shell-in mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə ikiqatdan çox artıb".

"Guardian" yazır ki, İran-ABŞ müharibəsi hazırda da nəhəng şirkətlərinin işinə yarayır: "Təhlil göstərir ki, ölkə və istehlakçılar müharibə və iqlim böhranının yaratdığı iqtisadi təzyiqlər səbəbindən artan enerji qiymətləri ilə mübarizə apararkən, neft şirkətlərinin rekord mənfəətlə müharibənin qazanclı tərəfləridir. Sanki müharibə elə bu iri şirkətlərin sifarişi və arzusuna uyğun aparılır...".

Maraqlı budur ki, bu şirkətlər ötən aylarda ətraf mühit təşkilatlarının iqlim dəyişikliyinə qarşı mübarizədə yeni bir addım da atmayıblar. Hətta onlar bərpa olunan enerjiyə investisiyalarını azaldır və diqqətlərini yenidən neft və təbii qaza yönəldiblər".

E.ARAZ

MİA.AZ.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR