MİDA 130 milyon manatlıq istiqraz buraxır

MİDA 130 milyon manatlıq istiqraz buraxır

İQTİSADİYYAT

Bugün, 09:59

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC 130 milyon manatlıq istiqraz buraxır.

Mia.az xəbər verir ki, bu barədə Agentlikdən Report-a məlumat verilib.

Məlumata görə, məqsəd tikinti layihələrini vaxtında icra etməkdir.

Söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 130 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR