"Fənərbağça"nın qiyməti qaldırması ispanların geri çəkilməsinə səbəb oldu - Amrabatın transferi alınmadı

\"Fənərbağça\"nın qiyməti qaldırması ispanların geri çəkilməsinə səbəb oldu - Amrabatın transferi alınmadı

İDMAN

Bugün, 14:09

"Fənərbağça"nın satmaq istədiyi mərakeşli yarımmüdafiəçi Sofyan Amrabatın İspaniyaya transferi alınmayıb.

Mia.az Türkiyə mətbuatna istinadla bildirir ki, İspaniyanın "Real Betis" komandası mərakeşli yarımmüdafiəçini heyətinə qatmaq istəyib. Lakin "Fənərbağça"nın son anda transfer qiymətini yüksəltməsi vəziyyəti dəyişib: "İspanlar İstanbuul klubunun tələblərinə görə transferdən imtina edib".

Məlumata görə, "Real Betis" Amrabatın yerinə "Fluminense"dən 10 milyon avroya Fakundo Bernalı transfer edib.

Xatırladaq ki, Sofyan Amrabat ötən mövsüm icarədə olduğu "Real Betis"də 23 rəsmi matçda 1 qol vurub.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR