"Fatih Karagümrük" Doruxan Toközü açıqladı

\"Fatih Karagümrük\" Doruxan Toközü açıqladı

İDMAN

Bugün, 10:04

Türkiyə Birinci Liqa komandası "Fatih Karagümrük" 30 yaşlı futbolçu Doruxan Toköz ilə razılığa gəldiyini açıqladı.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə rəsmi saytından açıqlama yayıb.

Açıqlamada deyilir: "Yeni mövsümə çempion olmaq məqsədi ilə başlayan klubumuz milli futbolçu Doruxan Toköz ilə razılığa gəlib. Doruxan Toközü ailəmizə xoş gəlmisiniz deyir və çempionluğa gedən yolda "qırmızı-qara" formamızda uğurlar arzulayırıq."

Futbolçu karyerasına “Eskişehirspor”da başlayan təcrübəli yarımmüdafiəçi daha sonra “Beşiktaş”, “Trabzonspor”, “Adana Demirspor”, “Eyüpspor” və “Kayserispor”da çıxış edib.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR