İstanbulda daha bir bələdiyyədə əməliyyat: 13 şübhəli saxlanılıb

İstanbulda daha bir bələdiyyədə əməliyyat: 13 şübhəli saxlanılıb

DÜNYA

Bugün, 12:09

İstanbulun Avcılar rayon bələdiyyəsinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulun Küçükçekmece  Prokurorluğu tərəfindən Avcılar Bələdiyyəsinə qarşı "tender saxtakarlığı" ittihamı ilə açılan cinayət işi çərçivəsində 13 şübhəli saxlanılıb.

Məlumata əsasən, şübhəlilər 2022-ci ildə xərc təhlili aparmadan "Asfalt çəkilişi" işləri üzrə tenderinin dəyərini artıraraq 3 milyon 302 min lirə məbləğində əlavə vəsaiti mənimsəyiblər.

Məlumatda ad çəkilməsə də, saxlanılanlar arasında bələdiyyənin yüksək vəzifəliləri ilə yanaşı, şirkət rəsmiləriin də olduğu açıqlanıb.

F.Səfərli

MİAA.Z

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR