Suriya İraqla müharibəyə başlayır? - Ordu sərhədə yeridildi

Suriya İraqla müharibəyə başlayır? - Ordu sərhədə yeridildi

GÜNDƏM

04.08.2026, 22:57

Suriya ilə İraq arasında müharibə təhlükəsi yaranıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu gün Suriya ordusu İraq sərhədində tam döyüş səviyəsinə gətirilib. Üstəlik, bəzi bölgələrdəki hərbi birləşmələr sərhədə yönləndirilib.

Məlumata görə, bununla belə orduda yeni səfərbərllk elan olunub: "Məzuniyyətdə olan bütün hərbçilər xidmətə geri çağırılıb. Bununla yanaşı,  Suriya Ordusunun Deyr əz-Zordakı Birinci Korpus Komandanlığının bütün şəxsi heyəti döyüş vəziyyətinə gətirilib. Suriya ordusunun hərbi həyəcan elan etməsinin səbəbi hələ açıqlanmasa da, hərbi qüvvələrin İraqla sərhədə yeridilməsi böyük müharibə təhlükəsinin qapıda olduğunu göstərir...".

Ekspertlər hesab edirlər ki, Şara iqtidarının ya mümkün hərbi təcavüzə, ya da hücum planına hazırlığından qaynaqlanır: "Güman ki, Şara rejimi ABŞ-ın istəyi ilə İŞİD-ə qarşı əməliyyat bəhanəsi ilə İraqdakı İranı dəstəkləyən qruplaşmayla müharibəyə girəcək..."

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR