Ukraynada Azərbaycanəsilli hərbçilərin görüşü olub - FOTO

Ukraynada Azərbaycanəsilli hərbçilərin görüşü olub - FOTO

CƏMİYYƏT

Bugün, 11:57

Ukraynanın cənub qalası Mikolayevdə maraqlı görüş keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan diasporunun lideri Zaur Ağabəyov və oğlu, "Xalqın Xidmətçisi" partiyasının şəhər şurasinda fraksiya rəhbəri, Mikolayev rayonu hərbi administrasiyanın başçısının müavini Ramil Ağabəyov bir qrup azərbaycanlı döyüşçünü soydaşımız Alim Məmmədova məxsus "Aysel" restoranına toplayıblar.

Qeyd edək ki, görüşə mən də qonaq kimi dəvət olunsam da, işlərin çoxluğu ilə əlaqədar təşrif edə bilmədim.

13 döyüşçümüz dəvət olunsa da, onlardan yalnız 6-sı icazə ala bilib və iştirak ediblər:

Şirinov Çavid,

Şirinov Elman

Haçiyev Barat,

İsmayilov Əvəz,

Nağiyev Ruslan,

Akim Vadim.

Qonaqlar arasında istefada olan polis polkovniki soydaşımız Şöhrət Səmədov də olub.

Zaur bəy bu ayın sonlarına doğru daha belə bir görüşün təşkil olunacağını və bu cür tədbirlərin həmrəylik baxımından davamlı etmək istədiklərini bildirdi.

Mən də söz verdim ki, gələn dəfə mütləq iştirak edərik!

Anar Natiqoğlu,

Odessada yaşayan jurnalist, diaspor fəalı

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR