Qara dənizdə savaş şiddətlənir - Rusiya Ukraynanın 4 gəmisini vurub

Qara dənizdə savaş şiddətlənir - Rusiya Ukraynanın 4 gəmisini vurub

DÜNYA

Bugün, 00:29

Qara dənizdə savaş şiddətlənir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu gün Türkiyədən Rusiyaya doğru yola çıxan meyvə dolu gəminin Ukrayna dronları tərəfindən vurulmasına paralel olaraq, Rusiya da Ukraynaya yön alan gəmiləri vurur.

Məlumata görə, tərəflər hədəfə aldıqları gəmilərin hansı ölkəyə məxsus olmasına əhəmiyyət vermədən Qara dənizdə bir-birlərinə güc göstərirlər.

Az əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna yük gəmilərinə hücum etdiklərini təsdiqləyib: "Rusiya ordusu Ukrayna limanlarına və gəmilərinə hücumlarını davam etdirir. Bu gün (dünən) Nikolayev limanında hərbi təchizat daşıyan 2 yük gəmisi ilə Qara dənizdə hərbi yük daşıyan daha 2 yük gəmisinə tərəfimizdən dronlarla zərbə endirilib. Hədəflər planlandığı kimi uğurla yerinə yetirilib".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR