Maurisio Poçettino ilə müqavilə müddəti uzadıldı - 4 il

Maurisio Poçettino ilə müqavilə müddəti uzadıldı - 4 il

İDMAN

Bugün, 09:26

ABŞ Futbol Federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettino ilə müqavilənin 2030-cu ilə qədər uzadıldığını açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, federasiyanın açıqlamasında deyilir ki, Poçettino və köməkçiləri ABŞ-ı 2030-cu il Dünya Kubokuna hazırlayacaq, eləcə də milli komanda strukturu, gənclər futbolu, məşqçi hazırlığı, peşəkar liqa tərəfdaşlığı və digər texniki məsələlər üzrə məsləhət verəcək.

2024-cü ilin sentyabr ayından bəri ABŞ milli komandasında baş məşqçi vəzifəsində olan Poçettino bunları deyib: "Son iki ildə milli komandanı daha da gücləndirmək üçün böyük potensialın olduğu bizə aydın oldu. Bizə belə isti qarşılanma verən bu ölkədə idmana davamlı təsir göstərmək və bu təsirin meydandakı nəticələrdən kənara çıxmasını təmin etmək istəyirik."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR