Ukrayna Qara dənizdə Türkiyə gəmisini dronlarla vurdu: yaralılar var - VAHİM GÖRÜNTÜLƏR YAYILDI + FOTOLAR

Ukrayna Qara dənizdə Türkiyə gəmisini dronlarla vurdu:  yaralılar var - VAHİM GÖRÜNTÜLƏR YAYILDI + FOTOLAR

GÜNDƏM

03.08.2026, 22:28

Bu gün Qara dənizdə Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan yük gəmisi NADHEZNA-ya dron hücumu olub.

Mia.az xəbər verir ki, hücumda üçü türk olmaqla dörd heyət üzvü yaralanıb.

Məlumata əsasən, hücumdan sonra gəmidə güclü yanğın baş verib: "Gəmi Samsundan Novorossiyskə gedərkən, Türkiyə vaxtı ilə saat 16:30-da, şəhərdən 30 dəniz mili məsafədə vurulub".

Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən 6-7 drondan olunduğunu açıqlayıb: "Rusiya Hərbi Dəniz Qüvvələriyardım göstərməyə çalışsa da,  ərazidəki dronlar səbəbindən  yaxınlaşmaqda çətinlik çəkirlər. Hazrda kömək gözləyirik, yaralılarımız var. Gəmi heyəti yanğını söndürmək üçün öz gücüylə çalışırlar".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR