Kolleclərə ixtisas seçimi başlayıb
GÜNDƏM
Bugün, 10:03
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq.
Mia.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2026/2027-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında nəşr olunub.
Qeyd edək ki, 2026-cı ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 6210 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 3 – 9 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.
Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində yerləşən "Abituriyent Məsləhət Mərkəzləri"ndə ödənişsiz kömək göstərilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Baş redaktor: "Onun həbsi “Səs” qəzetindəki fəaliyyəti ilə bağlı deyil"
Bugün, 12:01 SİYASƏT
-
Dünya yeni geosiyasi reallıq mərhələsində: "Qarşıdakı aylar..."
Bugün, 11:39 SİYASƏT
-
GÖMRÜYÜN SABİQ İDARƏ RƏİSİNƏ CİNAYƏT İŞİ AÇILDI - İki ay əvvəl vəzifədən çıxarılıb...
Bugün, 11:30 KRİMİNAL
-
"Azəriqaz"ın əsas problemi qaz itkisidir, yoxsa idarəetmə fəlsəfəsi? - "Fəhlələrin sayı 25 faiz azaldılıb, mühəndis-texniki heyətin sayı isə..."
Bugün, 11:19 CƏMİYYƏT
-
Ağdərədə mina partlayışı: iki QHT rəsmisi ağır xəsarətlər alıb
Bugün, 11:16 GÜNDƏM
-
Tiktoker-müğənni psixiatriya xəstəxanasına göndərildi - Paylaşımlarına görə
Bugün, 11:03 PRESS
-
AFFA 2026/2027 mövsümü üçün hakim siyahısını təsdiqləyib
Bugün, 10:58 İDMAN
-
Lənkəranda keçmiş məhkum saxlanılıb
Bugün, 10:48 KRİMİNAL
-
Xalq yazıçısı Elçinin adına küçə verilib
Bugün, 10:43 MƏDƏNİYYƏT
-
Keçmiş spikerdən sabiq baş nazirin qərarına reaksiya: "...getməməliydiniz"
Bugün, 10:36 SİYASƏT
-
Xalq yazıçısı Anar: "Elçin yaxşı dost və böyük şəxsiyyət idi"
Bugün, 10:27 MƏDƏNİYYƏT
-
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi olub - VİDEO
Bugün, 10:12 CƏMİYYƏT
-
Kolleclərə ixtisas seçimi başlayıb
Bugün, 10:03 GÜNDƏM
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək - DİM sabahkı imtahanla bağlı açıqlama yaydı
Bugün, 10:02 PRESS
-
"Beşiktaş" 53 milyon avroluq hücumçu ilə anlaşdı
Bugün, 10:02 İDMAN
-
Tramp: "İranla danışıqlar bu gün başlayacaq" - "Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük hücum olacaqdı"
Bugün, 09:50 GÜNDƏM
-
Məşhur aktyor həbs edildi: "Peşman deyiləm, günahsızam"
Bugün, 09:41 MƏDƏNİYYƏT
-
İrandan Azərbaycana 113 kq-a yaxın heroin keçirmək istəyiblər - FOTOLAR
Bugün, 09:14 KRİMİNAL
-
İran XİN başçısı: "Omanla Hörmüz boğazı ilə bağlı danışıqlar uğurla gedir"
Bugün, 00:31 DÜNYA
-
"Qalatasaray"ın hücumçusu İngiltərəyə gedir? - 35 milyonluq təklif var
Bugün, 00:24 İDMAN
-
Türkiyədə sərnişin avtobusu aşdı: 15 yaralı var
Bugün, 00:19 KRİMİNAL
-
TƏHDİDLƏR ARTDI: Türkiyə ordusu potensial təhlükələrə qarşı lazımi tədbirlər görür - NAZİR DEPUTATA BELƏ CAVAB VERDİ
Bugün, 00:15 GÜNDƏM
-
Yunanıstanda faciə: iki vertolyot havada toqquşub, ölənlər var + FOTO
Bugün, 00:12 DÜNYA
-
Fatih Tekkedən Məhəmməd Salahla bağlı suala cavab: "Ortada hələ real heç nə yoxdur"
Bugün, 00:08 İDMAN
-
KARTDAN KARTA LİMİTİNİN SƏBƏBİ: mahiyyət və fəsadları - Vəkil qeyri-şəffaflara şəffaflıq dərsi keçir
Bugün, 00:07 İQTİSADİYYAT
-
İtaliya hərbçilərindən İstanbula gedən Rusiya neft tankerinə qarşı əməliyyat: iki ölkədən dəstək və... - FOTOLAR
Bugün, 00:03 GÜNDƏM
-
Ağdam rayonunda güclü yanğın başlayıb
02.08.2026, 23:11 GÜNDƏM
-
Xəzər dənizi daha bir can aldı
02.08.2026, 20:15 CƏMİYYƏT
-
AGENTLİK ƏMƏKDAŞI QARABAĞDA MİNAYA DÜŞDÜ
02.08.2026, 14:54 GÜNDƏM
-
Sabah yağış yağacaq
02.08.2026, 13:01 GÜNDƏM
-
Kəlbəcərdə dərədə köməksiz alan kişi xilas olunub
02.08.2026, 12:35 CƏMİYYƏT
-
Kartdan-karta köçürmələrə limit qoyuldu - Gün ərzində yalnız...
02.08.2026, 10:18 İQTİSADİYYAT
-
Keçmiş kənd təsərrüfatı naziri vəfat edib
01.08.2026, 22:12 GÜNDƏM
-
Manaf Ağayev pul yağışına tutuldu: görüntüləri özü paylaşdı, sonra təcili sildi
01.08.2026, 19:13 ŞOU-BİZNES