"Beşiktaş" 53 milyon avroluq hücumçu ilə anlaşdı

\"Beşiktaş\" 53 milyon avroluq hücumçu ilə anlaşdı

İDMAN

Bugün, 10:02

"Beşiktaş" gecəyarısı yeni hücumçuyla anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, İstanbul klubu "Əl-Hilal"da oynayan uruqvaylı məşhur hücumçu  Darvin Nunezlə anlaşıb.

Məlumata görə, hazırda  da İstanbul klubu transferi bitirmək üçün ərəb kklubu ilə yekun danışqları aparır: "Ərəb klubu da hücumçunun "Beşiktaş"a icarəyə verilməsiə razıdır, lakin məbləğlı bağlı ortaq qərarı razılaşdırılması məsələsi var. Ərəb klubu oyunçunun maaşının tamn ödənilməsi şərtiylə yanaşı, klub üçün də əlavə pul istəyir. Yəqin bu gün anlaşlmazlıq həllini tapacaq".

Xatırladaq ki, 27 yaşlı hücumçu ötən mövsüm "Əl-Hilal"da 24 rəsmi matçda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

O, 2025-ci ilin yayında 53 milyon avro transfer haqqı müqabilində "Liverpul"dan "Əl-Hilala" keçib və klubla  2028-ci ilə qədər müqaviləsi var.

F.ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR