Tramp: "İranla danışıqlar bu gün başlayacaq" - "Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük hücum olacaqdı"

Tramp: \"İranla danışıqlar bu gün başlayacaq\" - \"Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük hücum olacaqdı\"

GÜNDƏM

Bugün, 09:50

"Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı razılaşma əldə edilməsi şərti ilə hücumları dayandırdıq. Danışıqlar bu gün günortadan sonra başlayır və nəticəsini görəcəyik. ran razılığa gəlməsə, hücumları istədiyimiz vaxt yenidən başlayacağıq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Andryü Birgə Hərbi Hava Qüvvələri Bazasına gedərkən jurnalistlərin  suallarını cavablandırıb.

O, İrana qarşı yeni hücumları Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və ən əsası, İranın israrlı xahişi ilə dayandırdığını iddia edib: "Biz daha sərt hərəkətə keçməyə tamamilə hazır idik. Çox böyük bir hücum olacaqdı. Lakin müttəfiqlər sizdən hücumu ləğv etməyinizi istəyəndə, onlara qulaq verirsiniz: "Yaxşı, görək". Onların bunu istəməsinin səbəbi, razılaşma üçün bir çərçivənin formalaşdığını düşünmələridir. Hörmüz boğazı ilə bağlı razılaşma var və sonra nüvə məsələləri və ya İranın nüvəsizləşdirilməsi adlandıra biləcəyiniz bir razılaşma olacaq.

Mən bunu İranın nüvəsizləşdirilməsi adlandırıram. Bir sözlə, bu səbəbdən hücumları dayandırırıq. Görəcəyik nə olacaq.  Amma üç əsas qrup tərəfindən hücumları dayandırmağımız istənilib. Əslində, İran da bunu qətiyyətlə tələb edib. Onlar dedilər ki, "biz razılaşmaq istəyirik". Onların açıq şəkildə nə dediklərini bilmirəm, çünki əksər hallarda mənə bunu deyirlər və sonra deyirlər ki, "nədən danışdığını bilmirik". Aydındır ki, onlar hücuma məruz qalmaq istəmirlər, çünki hazırlıqlarımızı görüb onun miqyasını başa düşüblər.

Dediyim kimi, danışıqlar bazar ertəsi günortadan sonra başlayır. Biz əslində İranla razılaşma əldə etməyin tərəfdarıyıq. Çünki bu, bir çox insanın həyatını xilas edəcək. Düzünü desəm, lazımsız güc istifadəsinin qarşısını alacaq. Dağıdılanları bərpa etmək illər çəkəcək. Açıq deyirəm: İkinci Dünya Müharibəsindən bəri ən böyük hücum planımız var idi və bu, onlar üçün fəlakət olardı. Onlar bizim bunu etməyimizi istəmirdilər. Aydındır ki, Səudiyyə Ərəbistanı da bunu istəmirdi. Gözləyib görəcəyik nə olacaq".

Tramp "İranın enerji infrastrukturuna zərbə endirməyə hazır idinizmi?" sualına qəti cavab verməkdən yayınıb: "Bu, böyük bir hücum olacaqdı. Bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük hücum olacaqdı. Lakin onlar bizdən bunu etməməyimizi istədilər. Onlar dedilər ki, "Xahiş edirəm etməyin". Digər qonşular da eyni şeyi dedilər. Beləliklə, nüvəsizləşdirmə ilə bağlı razılığa gələ biləcəyimizi görəcəyik".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR