İtaliya hərbçilərindən İstanbula gedən Rusiya neft tankerinə qarşı əməliyyat: iki ölkədən dəstək və... - FOTOLAR

İtaliya hərbçilərindən İstanbula gedən Rusiya neft tankerinə qarşı əməliyyat: iki ölkədən dəstək və... - FOTOLAR

GÜNDƏM

Bugün, 00:03

İtaliya hərbçiləri İstanbula gedən Rusiya neft tankerinə qarşı əməliyyat keçirlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, italyan əsgərləri helikopterlə gəmiyə enərək  Rusiyanın "kölgə donanması" ilə əlaqəli olduğu iddia edilən bir neft tankerində yoxlama aparıb: "Əməliyyata Yunanıstan hərbi gəmisi və Polşa patrul təyyarəsi də dəstək verib. Qərbi Afrika ölkəsi Benindən İstanbula gələn Kamerun bayrağı altında üzən "Toa Payoh" tankeri Avropa İttifaqı sanskiyası çərçivəsində saxlanılıb.  Gəmi kapitanı əvvəlcə əməkdaşlıq etməkdən imtina edib, bundan sonra İtaliya hərbi qulluqçuları "EUNAVFOR MED" (Avropa İttifaqı Aralıq dənizi Hərbi Dəniz Qüvvələri) əməliyyatının flaqman gəmisi olan Thaon di Revel-dən buraxılan helikpterdən istifadə etməklə tankerin göyərtəsinə eniblər. Əməliyyat təxminən 2 saat davam edib və insidentsiz başa çatıb".

Beynəlxalq ekspertlər isə bildirir ki, gəmi ötən həftə Kamerun bayrağı altında qeydiyyatdan keçib: "Avropa İttifaqının dəniz missiyasının bu cür yoxlamalar zamanı gəmiləri ələ keçirmək səlahiyyəti yoxdur. Bu, tamamilə qanunsuzluqdur....".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR