Virtualaz.org saytı Rusiyanın "Moskovskiy komsomolets” qəzetinə istinadən xəbər verir ki, gərginliyin yaranmasına Moldova prezidenti Nikolay Timoftinin Rusiyanın dövlət başçısı Vladimir Putinin çıxışına verdiyi replika səbəb olub.
Nikolay Timofti
"Qarşılıqlı iqtisadi əlaqələrimizdəki xoşagəlməz rəqəmlər (tənəzzülü göstərən bu isə birinci rübdə 9 faiz təşkil edib-red.) bəzi sammit iştirakçılarının siyasi mövqelərini dəyişməsi ilə izah olunur. Biz Avropa İttifaqı ilə yaxınlaşmağın heç vaxt əleyhdarı olmamışıq. Özümüz də Avropa ilə yaxınlaşmağa hazırıq. Əsas məsələ əməkdaşlığın hansı şərtlər çərçivəsində olması ilə bağlıdır. Tərəfdaşlarımız Rusiyanın digər birliklərə qoşulacağı təqdirdə Rusiya iqtisadiyyatını gözləyəcək risklərlə bağlı açıq və peşəkar müzakirələr aparmağı lazım bilmirlər. Bu isə problem yaradır” - deyə Putin çıxışında bildirib.
Rusiya prezidentinin bu sözləri onun moldovalı həmkarının xoşuna gəlməyib. N.Timofti V.Putinin bu sözlərinə replika ilə cavab verib. O, təəssüflə deyib ki, rəsmi Kİşinyov Avropa İttifaqı ilə saziş imzalayandan sonra Rusiya öz bazarlarını Moldova məhsullarının üzünə bağlayıb.
"Belə çıxır ki, Moldova MDB-nin azad ticarət zonasından zorla sıxışdırılıb çıxarılır” - deyə Moldova prezidenti Kremlin siyasətindən narazılığını bildirib.
Lakin Putin moldovan həmkarının bu arqumentlərini yetərli və inandırıcı saymadığını deyib.
"Bunu əvvəlcədən fikirləşmək lazım idi ki, Avropa ilə imzaladığınız sənədlər sizin başqa tərəfdaşlarınızla münasibətlərinizə necə təsir edəcək. Biz sizə belə təkliflə dəfələrlə müraciət etmişdik. Amma heç bir ağıllı cavab almadıq. Bəs Moldova harada qalmışdı?” - deyə Putin əsəbi şəkildə reaksiya verib.
V.Putinlə N.Timofti arasındakı bu əsəbi dialoq hətta Tacikistan prezidenti Emomali Rahmonun sammitdə çıxış etdiyi dəqiqələrdə də davam edib. Rusiya və Moldovanın dövlət baaşçıları hətta Tacikistan prezidenti MDB-yə yarana biləcək təhdidlər, İŞİD və Əfqanıstan problemi barədə fikirlərini bildiridiyi vaxt da qarşılıqlı kəskin atmacalarından qalmayıblar.
Rusiya mətbuatı yazır ki, jurnalistlər prezidentlərin konkret atmaca və replikalarını dəqiqliyi ilə eşitməyiblər. Lakin bəzi məqamlarda hamıya elə gəlib ki, prezidentlər az qala bir-birinin yaxasından yaapışacaqmış.

Vəziyyət hətta o yerə çatıb ki, Rusiya və Moldova prezidentləri ilə üzbəüz oturmuş Almazbek Aslambayev də heyrətə gəlib. O, stolun üstündəki karandaşı götürərək ev sahibi olan Belarus prezidenti Aleksandr Lukaşenkoya tələm-tələsik "zapiska” yazıb.
"Amma xoşbəxtlikdən, Lukaşenkonun müdaxiləsinə ehtiyac qalmadı. Rusiya və Moldova prezidentləri özlərini o dəqiqə ələ alıb sakitləşdilər” - deyə Rusiya mətbuatı yazır.

