Komitə sədri polkovniki idarə rəisi təyin edib

Komitə sədri polkovniki idarə rəisi təyin edib

CƏMİYYƏT

Bugün, 17:21

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinə yeni rəis təyin edilib.

Məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovnik Şahin Bağırovun əmri ilə sözügedən vəzifəyə polkovnik Heydərli Kənan Nurəddin oğlu gətirilib.
Kənan Heydərli 2023-cü ilin mart ayında Astara Gömrük İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq, Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsinə təyin olunmuşdu.
Xəbərlə bağlı DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundova sorğu ünvanlasaq da, nə sorğumuza, nə də zəngilərimizə cavab verdi.
Qeyd edək ki, bir neçə gün əvvəl Astara Gömrük İdarəsinin rəisi İsmayılov Seyfulla Lətif oğlu vəzifəsindən azad olunaraq, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsini uzun müddət Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubov tutub/qaynarinfo.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR