Müğənni Sevda Əliqızı: "Onun çörəyini yemişəm"

Müğənni Sevda Əliqızı: \"Onun çörəyini yemişəm\"

ŞOU-BİZNES

Bugün, 13:12

Müğənni Sevda Əliqızı mərhum Xalq artisti Səməd Səmədovu anıb.

Mia.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, mərhum ifaçı ilə uzun illər birlikdə çalışdığını və ailəsi ilə əlaqəsini davam etdirdiyini bildirib:

"Artıq 5 ildir yanımızda yoxdur. Biz ailəvi dost olmuşuq. Səməd müəllimlə 15 il bir yerdə işləmişəm. Onun çörəyini yemişəm, birlikdə işləyib qazanmışıq. Mən tənbəl insanam, heç nəyə can atmıram. Səməd müəllim həmişə mənə dəstək olub, məni efirə də, məclisə də aparıb".

Müğənni bildirib ki, Səməd Səmədovun ailəsi ilə mütəmadi əlaqə saxlayırlar:

"Ailəsi ilə hər gün danışırıq. İradə xanımla dərdimizi bölüşürük. Oğlu Anar ailəsi ilə birlikdə Moskvada yaşayır. Qızı Xədicə isə Azərbaycandadır. İradə xanım bacısının bağ evində qalır. Səməd müəllimdən sonra tək həmin evdə yaşaya bilmir. Yaxın günlərdə isə bacısının yanına, Bodruma gedəcək"/ xşam.az .

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR