Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTOLAR
CƏMİYYƏT
Bugün, 10:09
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ADA Universitetinin tərəfdaşlığı ilə 15–26 iyul tarixlərində şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla yekunlaşıb.
Mia.az xəbər verir ki, “Zəfər” Amerika Yay Düşərgəsinin əsas məqsədi şəhid övladlarının beynəlxalq təcrübə qazanmalarına, liderlik və akademik bacarıqlarının inkişafına, dünyagörüşlərinin genişlənməsinə, eləcə də onların beynəlxalq təhsil və əməkdaşlıq imkanları ilə yaxından tanış olmalarına töhfə vermək olub.
İki həftə davam edən proqram çərçivəsində iştirakçılar ABŞ-nin siyasi, tarixi və akademik mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Düşərgə iştirakçıları Ağ Ev, ABŞ Kapitolu, ABŞ Ali Məhkəməsi və Konqres Kitabxanası kimi ölkənin mühüm dövlət institutlarını ziyarət edib, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Vaşinqton şəhərində fəaliyyət göstərən ADA Evində keçirilən təlim, seminar və mühazirələrdə iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar Smitsonian İnstitutu, Milli İncəsənət Qalereyası, ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun tarixi Mount Vernon malikanəsi və Arlinqton Milli Məzarlığını da ziyarət edərək ölkənin tarixi, mədəniyyəti və dövlətçilik ənənələri haqqında ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, proqramda cari tədris ili ərzində ali təhsil müəssisələrində ingilis dilində təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetinin ümumilikdə 10 nəfər şəhid övladı iştirak edib.
Veysəloğlu Şirkətlər Qrupu sosial məsuliyyət strategiyası çərçivəsində şəhid ailələri və onların övladlarının təhsilinə, şəxsi inkişafına və gələcək uğurlarına töhfə verən layihələrə davamlı dəstək göstərir. Şirkət gənclərin beynəlxalq bilik və təcrübə qazanmasını, onların potensialının inkişafına xidmət edən təşəbbüslərin həyata keçirilməsini özünün prioritet istiqamətlərindən biri hesab edir.





Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:19 CƏMİYYƏT
-
Metroda problem yaranıb, sərnişinlər platformadan çıxarılıb - VİDEO
Bugün, 12:05 GÜNDƏM
-
CHP-nin "qoca çinar"ı Kılıçdaroğlunu "yıxıb-sürüdü": "70 il üzv olduğum partiyanı belə görmək və belə ayrılmaq çox ağırdır"
Bugün, 11:53 SİYASƏT
-
Yevlaxda 16 yaşlı yeniyetmə zəhərlənərək ölüb
Bugün, 11:47 CƏMİYYƏT
-
İran ərəb ölkələrini hədələdi: "ABŞ-ın hücumu davam etdikcə..."
Bugün, 11:22 DÜNYA
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 11:07 GÜNDƏM
-
Məşhur aktyor belə saxlanıldı - FOTOLAR
Bugün, 11:03 MƏDƏNİYYƏT
-
Lukaku Türkiyəyə gəldi
Bugün, 10:50 İDMAN
-
İsa Qəmbər və komandası Qarabağda - FOTOLAR
Bugün, 10:50 SİYASƏT
-
Azərbaycan nefti daha 7 dollar bahalaşdı - Qara qızılımız 100 dollara qalxdı
Bugün, 10:30 İQTİSADİYYAT
-
TƏBİB rəhbəri daha bir baş həkimi vəzifədən azad edib
Bugün, 10:25 CƏMİYYƏT
-
Media sahəsi poliqondur ki... - Daha bir qurum jurnalistlərə təlim adıyla 87 min ayırdı
Bugün, 10:09 PRESS
-
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTOLAR
Bugün, 10:09 CƏMİYYƏT
-
Rusiya Ukraynanın 7 bölgəsinə ağır zərbələr endirib - "3 GƏMİ DƏ VURULUB"
Bugün, 09:54 GÜNDƏM
-
Tiflisə bahalı qatar bileti... - AGENTLİK SABİQ PARTİYA SƏDRİNİN ŞİKAYƏTİNƏ BAXMAĞI YUBADIR
Bugün, 09:42 CƏMİYYƏT
-
Məşhur aktyor saxlanıldı
Bugün, 09:35 SİYASƏT
-
Çandrel Massanqa "Eyüpspor" ilə rəsmi müqavilə imzaladı
Bugün, 09:11 İDMAN
-
"Trabzonspor" 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb - Maaşı isə...
Bugün, 09:02 İDMAN
-
İndoneziyada dəhşətli hadisə: nəhəng "Piton" 35 yaşlı kişini diri-diri uddu
Bugün, 00:59 DÜNYA
-
"Qalatasaray"ın prezidenti: "İkardini dəvət etdim, cavabını gözləyirəm"
Bugün, 00:13 İDMAN
-
Vinçenzo İtalyano: "Ümid edirəm ki, bu gün turu keçən komanda biz olacağıq"
Bugün, 00:07 İDMAN
-
Çempionlar Liqası: "Fənərbağça" tur adladı
Bugün, 00:01 İDMAN
-
Paşinyandan rəsmi Moskvaya xəbərdarlıq: “Ermənistanla bağlı məsələ öz həllini tapmasa..."
29.07.2026, 23:44 SİYASƏT
-
Mərkəzi Bankın sədri: “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
29.07.2026, 23:37 İQTİSADİYYAT
-
ABŞ İrana yeni sanksiyalar tətbiq etdi
29.07.2026, 22:26 DÜNYA
-
FED faiz dərəcəsi barədə qərar verdi
29.07.2026, 22:18 İQTİSADİYYAT
-
"Son illər səriştəsiz idarəetmə, səhv verilən qərarlar..." - "Space TV"nin direktoru kanaldakı problemlərə belə cavab verdi
29.07.2026, 22:14 PRESS
-
Keçmiş Baş nazir siyasətdən getdi - PARTİYA QAPADILDI (YENİLƏNİB)
29.07.2026, 21:48 SİYASƏT
-
Ermənistanlı güləşçilər Bakıya gəliblər - "Əhval-ruhiyyəmiz çox yaxşıdır"
29.07.2026, 20:49 İDMAN
-
"Onlar mahnımı oğurlayıblar və..." - Bəstəkarla müğənnilər arasında qalmaqal
29.07.2026, 20:30 MƏDƏNİYYƏT
-
“Azərişıq”da tender: 5.3 milyon bu şirkətə köçürüləcək
29.07.2026, 19:47 İQTİSADİYYAT
-
BU SƏFİRLƏR GERİ ÇAĞIRILDI, YENİ TƏYİNATLAR OLDU - Sərəncam + FOTOLAR (Yenilənib)
29.07.2026, 19:28 GÜNDƏM
-
Habil Əliyevin adı Uşaq Musiqi Məktəbinə verildi
29.07.2026, 18:57 MƏDƏNİYYƏT
-
Magistratura imtahanının nəticələri elan olunub
29.07.2026, 18:01 GÜNDƏM