Rusiya Ukraynanın 7 bölgəsinə ağır zərbələr endirib - "3 GƏMİ DƏ VURULUB"

Rusiya Ukraynanın 7 bölgəsinə ağır zərbələr endirib - \"3 GƏMİ DƏ VURULUB\"

GÜNDƏM

Bugün, 09:54

Rusiya ordusu ötən gecə Ukraynanın 7 bölgəsində, o cümlədən Kiyev və Lvova ağır zərbələr endirib.

Mia.az Rusiya mətbuatına istinadla bildirir ki, bu barədə adıçəkilən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum hədəfləri hərbi aerodromlar, müdafiə sənayesi müəssisələri və hərbi telekommunikasiya və logistika mərkəzləri olub.

Nazirliyin məlumatına əsasən, Rusiya Silahlı Qüvvələri gecə ərzində qurudan, havadan və dənizdən atılan uzuqmənzilli, yüksək dəqiqlikli silahlar və PUA-larla nəzərdə tutulan hədəfləri dəqiqliklə vurublar: "Kiyev və Lvov, eləcə də İvano-Frankivsk, Jitomir, Rovno, Vinnitsa və Dnepropetrovsk bölgələrindəki hədəflər məhv edilib"

Xəbərdə o da bildirilib ki, Yujnıy Limanında bir yük gəmisi, həmçinin Odessanın şərqi və cənubunda silah və hərbi texnika daşıyan daha iki yük gəmisi də vurulub.

Əhməd

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR