Vinçenzo İtalyano: "Ümid edirəm ki, bu gün turu keçən komanda biz olacağıq"

Vinçenzo İtalyano: \"Ümid edirəm ki, bu gün turu keçən komanda biz olacağıq\"

İDMAN

Bugün, 00:07

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin 1-0-lıq qalibiyyətin cavab oyununda bu gün səfərdə "Midtjylland" ilə qarşılaşacaq "Beşiktaş"ın baş məşqçisi Vinçenzo İtalyano jurnalistlərə müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, müsahibəsində bu sözlərə yer verib:

"Keçən həftə etdiklərimizi təkrarlamalıyıq. Yaxşı oyun oynadıq. Düşünürəm ki, dəyərli bir oyun sərgilədik və bunu təkrarlamaq istəyirik. Hazırda evdə qazandığımız minimal üstünlüyümüz var. İndi səfər oyunu çətin keçir, çünki evdə yaxşı oynayan bir komandaya qarşı oynayırıq. İşlər bir az mürəkkəbləşəcək. Əlimizdən gələni etmək istəyirik. Həqiqətən də növbəti mərhələyə yüksəlmək üçün mübarizə aparacağıq. Rəqiblərimiz də həqiqətən irəliləmək istəyirlər, amma ümid edirəm ki, bu gün turu keçən komanda biz olacağıq."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR