FİFA Trampın kürəkəninə dünya futbolunda "gizli yol" açır - 20 milyard dollarlıq şirkət və UEFA ilə yeni gərginlik...

FİFA Trampın kürəkəninə dünya futbolunda \"gizli yol\" açır - 20 milyard dollarlıq şirkət və UEFA ilə yeni gərginlik...

İDMAN

Bugün, 16:29

FIFA Dünya Kubokunu və digər mötəbər yarışlara daha böyük maliyyə qaynağı cəlb etmək iddiası ilə yeni şirkət yaradır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məqsədlə yaradılacaq və 20 milyardlıq büdcəsi olacaq yeni şirkətin səhmlərinin 20 faizi xarici investorlara açılacaq.

FIFA-dan bildirilib ki, yeni şirkət "FIFA Forward Enterprise" adlandırılacaq: "FIFA şirkətə tamamilə nəzarəti özündə saxlayacaq, lakin 20 faizlik səhmi satmaqla  4,2 milyard dollara qədər əlavə vəsait cəlb etməyi planlayıb".

FIFA-nın bu bəyanatına Avropa futbolunu idarə edən UEFA-dan çox sərt etiraz gəlib: "Futbol və onun ruhu satlıq deyil"

Məlumatda deyilir ki, UEFA-nı daha çox qəzəbləndirən isə FİFA-nın şirkətin 20 faizlik payını "Thrive Capital"ın törəmə şirkəti olan "Thrive Eternal" satılma ehtimalıdır: "Bu şirkətlərin sahibi  Coşua Kuşner ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır".

F.ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR