Nazarbəyov prezidentləri yenidən görüşdürəcək

img

10-10-2014 [17:56]


MDB Dövlət Başçılarının növbəti Sammiti gələn ilin sentyabr-oktyabr aylarında Astanada təşkil olunacaq.

Dövlət Başçıları Şurasına sədrlik 2015-ci ildə Qazaxıstana keçəcək.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib. O deyib: "Biz razılaşdıq ki, sədrlik Qazaxıstana keçsin, və sentyabr-oktyabr aylarında MDB Dövlət Başçılarının növbəti Şura iclasını Astanada keçirək. Bunun dəqiq tarixini sonra dəqiqləşdirəcəyik."

A.Lukaşenko vurğulayıb ki, MDB-nin indiki konsepsiyası çərçivəsində əhəmiyyətli işlər yerinə yetirilib, amma elmi əməkdaşlığın inkişaf səviyyəsi qənaətbəxş deyildir(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA