"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
İQTİSADİYYAT
Bugün, 16:46
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli kredit reytinqini Baa3 səviyyəsində, proqnozunu isə "stabil" olaraq təsdiq edib.
Mia.az SOCAR-a istinadla xəbər verir ki, bununla da şirkət ötən il əldə etdiyi investisiya oluna bilən kredit reytinqini uğurla qoruyub saxlayıb.
Bu qərar SOCAR-ın maliyyə dayanıqlığının, kredit profilinin və beynəlxalq kapital bazarlarında etibarlı borcalan mövqeyinin növbəti əyani təsdiqdir. Eyni zamanda bu, şirkətin uzunmüddətli maliyyə siyasətinin və intizamının, davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlərin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini göstərir.
"Moody"s" qiymətləndirməsində SOCAR-ın Azərbaycan iqtisadiyyatı və enerji sektorunda strateji rolu, inteqrasiya olunmuş fəaliyyət modeli, sağlam maliyyə göstəriciləri və güclü kredit metrikləri reytinqi dəstəkləyən əsas amillər kimi qeyd edilib.
Bu qərar qlobal iqtisadiyyatda mövcud qeyri-müəyyənliklər, beynəlxalq maliyyə bazarlarındakı dəyişkənlik, müşahidə olunan geosiyasi gərginliklər fonunda enerji bazarlarında qiymət volatilliyinin davam etdiyi bir dövrdə qəbul olunub. Belə mürəkkəb xarici mühitə baxmayaraq, SOCAR-ın investisiya oluna bilən kredit reytinqinin təsdiqlənməsi şirkətin dayanıqlı maliyyə vəziyyətini, risklərin effektiv idarə olunmasını və uzunmüddətli inkişaf potensialını bir daha nümayiş etdirir.
İnvestisiya oluna bilən kredit reytinqinin qorunub saxlanılması beynəlxalq kapital bazarlarında investor etimadının möhkəmlənməsinə, maliyyə institutları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə və şirkətin maliyyələşmə imkanlarının genişlənməsinə töhfə verən mühüm amillərdəndir. Bu, eyni zamanda SOCAR-ın beynəlxalq kapital bazarlarında etimad göstərilən tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
SOCAR son illər ərzində korporativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə hesabatlılığının və şəffaflığın artırılması, risklərin idarə olunması sisteminin gücləndirilməsi və maliyyə dayanıqlığının qorunması istiqamətlərində ardıcıl tədbirlər həyata keçirir.
Xatırladaq ki, SOCAR tarixində ilk dəfə 2025-ci ildə "Moody's"dən investisiya oluna bilən Baa3 kredit reytinqini əldə edib.
Bununla yanaşı, SOCAR digər beynəlxalq kredit reytinq agentliklərinin də yüksək səviyyədə qiymətləndirdiyi şirkətlər sırasındadır. Hazırda şirkət "Fitch Ratings"in BBB- (stabil) və "S&P Global Ratings"in BB (pozitiv) uzunmüddətli kredit reytinqinə malikdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
Bugün, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
Bugün, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
Bugün, 16:24 KRİMİNAL
-
"AzTV-nin "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur" - MEDİA-dan İranın qərarına etiraz
Bugün, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
Bugün, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
Bugün, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
Bugün, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
Bugün, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
Bugün, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
Bugün, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
Bugün, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
Bugün, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
Bugün, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
Bugün, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
Bugün, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
Bugün, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
Bugün, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
Bugün, 13:24 GÜNDƏM
-
Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb
Bugün, 13:07 DÜNYA
-
Bakıda külək güclənib
Bugün, 13:01 GÜNDƏM
-
Hərbi çağırışla bağlı son vəziyyət müzakirə olunub.
Bugün, 12:49 GÜNDƏM
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:49 GÜNDƏM
-
Komitə sədri polkovniki yüksək vəzifəyə təyin etdi
Bugün, 12:36 GÜNDƏM
-
Rəşad Göyüşov vəzifədən çıxarıldı
Bugün, 12:23 CƏMİYYƏT
-
Sabah isti hava olacaq - Proqnoz
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ İRANA HÜCUMU DAYANDIRDI - Səfir həm səbəbi açıqladı, həm də xəbərdarlıq elədi
Bugün, 11:51 GÜNDƏM
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
Bugün, 11:48 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə əlaqədar daha bir xəbərdarlıq edildi
Bugün, 11:45 GÜNDƏM
-
Aygün Kazımovanın səs-küylü "Dream Fest" obrazları
Bugün, 11:34 ŞOU-BİZNES
-
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb? (AÇIQLAMALAR)
Bugün, 11:34 GÜNDƏM
-
Bakıda güclü külək 7 ağacı aşırıb
Bugün, 11:26 CƏMİYYƏT