Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
İQTİSADİYYAT
Bugün, 14:26
2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib.
Bu göstərici 2026-cı il aprelin 1-i ilə müqayisədə 1,6 min nəfər və ya 0,6 % artıb.İyulun 1-nə qeydiyyatda olan işsizlərin 52,3 %-ni qadınlar təşkil edib. Aprelin əvvəlində isə qadınların payı 51,7 % olub.
Beləliklə, rüb ərzində işsiz qadınların ümumi işsizlər arasında xüsusi çəkisi 0,6 faiz bəndi yüksəlib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği də artıb. Belə ki, iyulun 1-i vəziyyətinə orta aylıq ödəniş 475,8 manat olubsa, aprelin 1-də bu göstərici 475 manat təşkil edib. Rüblük artım 0,8 manat və ya 0,2 % olub.
Qeyd edək ki, ilin əvvəlində qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,8 min nəfər olub, onların 51,9%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 452,8 manat idi.
2026-cı il iyulun 1-i vəziyyətinə, ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 417,7 min nəfər təşkil edib.
Onların 5 milyon 137,1 min nəfəri məşğul əhali olub. Bu göstəricilər əsasında hesablandıqda, ölkədə işsizlərin sayı 280,6 min nəfər, işsizlik səviyyəsi isə təxminən 5,2 % təşkil edib.
Müqayisə üçün, 2026-cı il aprelin 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5 milyon 389,8 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 108,4 min nəfər olub.
Həmin dövrdə işsizlərin sayı təxminən 281,4 min nəfər, işsizlik səviyyəsi isə 5,2 % səviyyəsində olub.
Maraqlıdır, Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir?
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və işsizlərin sayının azaldılması Azərbaycanda həm iqtisadi, həm də sosial siyasətin prioritetlərindən hesab olunur:
“Bu gün Azərbaycanda həm yeni iş yerlərinin yaradılmasını, həm də bəzi iş yerlərinin bağlanmasını müşahidə olunur. Bu, iqtisadi qanunauyğunluqlara uyğun baş verən prosesdir. Hazırda 1,8 milyon insan əmək müqaviləsi ilə çalışır.
Məhz muzdlu işçilərin sayına diqqət yetirsək, dövlət sektorunda çalışan muzdlu işçilərin sayında müəyyən azalmalar, özəl sektorda çalışanların sayında isə artımlar müşahidə olunur.
Artıq bir ilə yaxındır ki, özəl sektorda çalışanların sayı dövlət sektorunda çalışanların sayını üstələyir. Bütövlükdə, məşğulluğun təmin olunmasında və işsizliyin aradan qaldırılmasında ən vacib amillərdən biri özəl sektorun daha yaxından dəstəklənməsidir.
Bu, daha dayanıqlı iş yerlərinin yaradılmasına imkan verir. Nəzərə alsaq ki, Azərbaycanda özəl sektor üçün müəyyən güzəştlər tətbiq olunur, həmin güzəştlərin əhatə dairəsinin genişləndirilməsi və özəl sektorun yeni iş yerlərinin yaradılmasında rolunun artırılması çox vacibdir”.
Deputat qeyd edib ki, dövlət sektorunda çalışanların sayında azalmalar müşahidə olunur və bunun özəl sektor hesabına kompensasiya edilməsi olduqca vacibdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Moody's" SOCAR-ın kredit reytinqi barədə yeni qərar verdi - Nələr olacaq?
Bugün, 16:46 İQTİSADİYYAT
-
Ülvi Hacızadə nazir müavini təyin edildi
Bugün, 16:40 CƏMİYYƏT
-
Lerik sakini narkotiklə saxlanılıb
Bugün, 16:24 KRİMİNAL
-
"AzTV-nin "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur" - MEDİA-dan İranın qərarına etiraz
Bugün, 16:16 SİYASƏT
-
Bloger saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 16:02 PRESS
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
Bugün, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
Bugün, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
Bugün, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dən istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
Bugün, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
Bugün, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
Bugün, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
Bugün, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
Bugün, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
Bugün, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
Bugün, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
Bugün, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
Bugün, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
Bugün, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
Bugün, 13:24 GÜNDƏM
-
Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb
Bugün, 13:07 DÜNYA
-
Bakıda külək güclənib
Bugün, 13:01 GÜNDƏM
-
Hərbi çağırışla bağlı son vəziyyət müzakirə olunub.
Bugün, 12:49 GÜNDƏM
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:49 GÜNDƏM
-
Komitə sədri polkovniki yüksək vəzifəyə təyin etdi
Bugün, 12:36 GÜNDƏM
-
Rəşad Göyüşov vəzifədən çıxarıldı
Bugün, 12:23 CƏMİYYƏT
-
Sabah isti hava olacaq - Proqnoz
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ İRANA HÜCUMU DAYANDIRDI - Səfir həm səbəbi açıqladı, həm də xəbərdarlıq elədi
Bugün, 11:51 GÜNDƏM
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
Bugün, 11:48 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə əlaqədar daha bir xəbərdarlıq edildi
Bugün, 11:45 GÜNDƏM
-
Aygün Kazımovanın səs-küylü "Dream Fest" obrazları
Bugün, 11:34 ŞOU-BİZNES
-
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb? (AÇIQLAMALAR)
Bugün, 11:34 GÜNDƏM
-
Bakıda güclü külək 7 ağacı aşırıb
Bugün, 11:26 CƏMİYYƏT