RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"

RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: \"Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik\" - \"Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq\"  

GÜNDƏM

Bugün, 14:08

"ABŞ və onun liderinin müharibə və sülh vaxtını təyin etməsinə heç vaxt icazə vermədik, heç vaxt da icazə verməyəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirilən həftəlik mətbuat konfransında verilən suala cavabda bildirib.

XİN rəsmisi qeyd edib ki, İran gərəkli zamanda gücdən, gərəkli zamanda isə diplomatik vasitələrdən istifadə edir: 

Bekayi Donald Trampın Səudiyyə Ərəbistanı ilə mülki nüvə sazişi imzalamasına da toxunub: "Tramp onlara bu sazişinin icasının Ər-Riyadın "İbrahim Sazişləri"nə (İsraili tanıyan və onunla əlaqələri bərpa edən müqavilədən söhbət gedir - Mia.az) iştirakından asılı olacağı barədə mesajı var. Daha dəqiqi, 24 saat sonra belə şərt irəli sürüldü. Belə sürətli mövqe dəyiklikliyi Vaşinqtonun tipik xarakteridir. Halbuki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən, bütün ölkələrin dinc nüvə fəaliyyəti aparma hüququ var"

XİN rəsmisi Hörmüz boğazındakı vəziyyətlə bağlı suala isə cavabda bildirib ki, boğaz İranın süveren haqqıdır: "ABŞ bu boğazla bağlı hər hansı bir müzakirədə ola bilməz!".

Ukraynanın Xəzər dənizində İran gəmisini vurmasına gəldikdə İran XİN rəsmisi Kiyevi hədələyib: "bu hücumda bir dənizçimiz həlak olub. Kiyevin bunu əsl ağaları hesab etdikləri insanları razı salmağa çalışdıqları kimi şərh edə bilərsiniz. Bu qrupu - ABŞ, İsrail və Ukraynanı şər üçbucağı kimi təsvir etmək mümkündür. Belə üçbucaqlar heç vaxt beynəlxalq sülhə töhfə verməyib. Əksinə, onlar dünyanı qeyri-sabitləşdiriblər. Zelenskinin ağaları onu ağıllandırmalıdır. Sözsüz ki, Ukraynanın təhlükəli macərası cavabsız qalmayacaq".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR