Almanlar orduya güvənmr - Sorğu

Almanlar orduya güvənmr - Sorğu

GÜNDƏM

Bugün, 13:55

Almaniyada əhalinin orduya güvəni ilə bağlı sorğu keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 70%-i ordunun mümkün hücumdan ölkəni müdafiə etmək üçün kifayət qədər güclü olduğuna inanmayıb.

Bildirilib ki, rəsmi Berlininin Ukrayna müharibəsi ilə bağlı müdafiə xərclərini və əsgər sayını artırmağı planlaşdırmasından sona keçirilən sorğuda vətəndaşlar belə bir müharibə şəraitində alman ordusunun Rusiyanın qarşısında aciz qalacağını düşünür:

 "17 iyun - 1 iyul tarixləri arasında Almaniyada 2079 yetkinin iştirakı ilə keçirilən "YouGov"un sorğusuna görə, iştirakçıların 70%-i Alman ordusunun ölkəni mümkün hücumdan qoruyacağına inanmır. Yalnız 21%-i orduya etibar edib, 8%-i isə fikir bildirməkdən çəkinib".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR