Deputatdan icra başçısına ittiham: “Yalançı, fırıldaqçı, ikiüzlü...”

img

10-10-2014 [13:06]


Millət vəkili Etibar Hüseynov işdən çıxarılan icra başçısını sərt tənqid edib.

Özünün facebook hesabında bu barədə yazan deputat qeyd edib ki, Nazim Veyisovun işdən azad olunmasına bütün şəmkirlilər kimi o da sevinib: "Çünki hələ indiyə kimi onun qədər Şəmkir və şəmkirlilərə bu qədər ziyan və pislik etmiş ikinci birisi olmamışdır. Yalançı, fırıldaqçı, ikiüzlü birisi.. Şəmkirlilər onu həmişə nifrət və hiddətlə anacaq”.

Qeyd edək ki, oktyabrın 8-də prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veyisov vəzifəsindən azad edilib. Digər sərəncamla Alimpaşa Adil oğlu Məmmədov həmin posta təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA