PREZİDENT BU SƏFƏRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar

PREZİDENT BU SƏFƏRLƏRİ GERİ ÇAĞIRDI - Yeni təyinatlar

GÜNDƏM

Bugün, 14:00

Bu gün Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. O, digər sərəncamla  Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan İtaliyada, eyni zamanda Maltada, San Marinoda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə təyin olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR