Qurban Qurbanov: “Bolqar jurnalistlərin sevinci ola bilsin ki..." - "Biz səfərdə səliqəli oynamalıyıq"

Qurban Qurbanov: “Bolqar jurnalistlərin sevinci ola bilsin ki...\" -  \"Biz səfərdə səliqəli oynamalıyıq\"

İDMAN

Bugün, 13:54

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Qarabağ" – ÇSKA (Sofiya, Bolqarıstan) oyunu dünən qolsuz bərabərliklə bitib.

Mia.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında bolqar jurnalistlər öz ölkəsinin baş məşqçisini alqışlarla qarşılayaraq heç-heçə münasibətilə təbrik edib.

Jurnalistlər Bolqarıstanda keçiriləcək cavab oyununda öz meydanında və öz azarkeşi qarşısında böyük avantaja malik olacaq ÇSKA-nın Bakıda göstərdiyi dirənişli oyununda sevincini gizlətməyib.

Qolsuz bərabərliyin “Qarabağ”a cavab oyununda hansı sürprizə səbəb ola biləsəyini isə baş məşqçi Qurban Qurbanov mia.az-ın əməkdaşının sualına cavabında açıqlayıb:

 - Bolqar jurnalistlərin sevinci ola bilsin öz komandalarının göstərdiyi perfomansla bağlıdı. Çünki səfərdə belə oyun oynamaq, nəticədən çox, oyun tempi və dinamikası ilə maraqlı olur. Cavab oyununa qalib gəlməkçün gedəcəyik.

Ümimiyyətlə, belə oyunlarda sürprizin ola biləcəyini sözün düzü, ehtimal etmirəm. Aşağı-yuxarı hər iki komandanın bacarığı demək olar ki, eynidi. Hər ikisi köhnə komandadı, hər ikisi Avropa təcrübəsinə malikdi. Gücümüz bərabər sayılır. Hətta mən deyərdim ki, bizim səviyyədə kluba qalib gəlməyə onların gücü çatacaq. Sadəcə, ev oyunu göstərdi ki, biz səfərdə daha məsuliyyətli olaraq yüzdə-yüz diqqətli və səliqəli oynamalıyıq.

Rəqibimizin çox yaxşı baş məşqçisi var: Xristo Yanev vaxtilə futbolçu olaraq azarkeşlərinin rəğbətini qazanmış adamdı. İndi də fəaliyyətində bəzən fərqli oyun sistemlərini tətbiq edir. Bu o deməkdi ki, o, öz üzərində daima çalışır, rəqiblərini analiz edir, istənilən rəqibə qarşı düzgün oyun qurmağı bacarır. Bütün bunları nəzərə alaraq düşünürəm ki, sürpriz səfər olmayacaq. Bizim onlara qalib gəlməyə gücümüz var, onlar da bizdən geri qalmayacaq. Maraqlı oyun olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, iki tərəfin də azarkeşləri oyundan həzz alacaq.

Yeri gəlmişkən, dünən stadionda rəqibin azarkeşləri yox idi. 1-ci təsnifat mərhələsinin oyununda İrlandiyanın “Derri Sity” komandasıyla qarşılaşmada bolqar azarkeşlərin qaydalara zidd hərəkətlərinə görə, UEFA onlara Bakıya gəlməyi qadağan edib.

Cavab oyunu iyulun 30-da olacaq və əgər “Qarabağ” uduzsa, Avropa Liqası ilə vidalaşaraq Konfrans Liqasına düşəşək. Hazırda Konfrans Liqasında ilk oyununu uduzan “Neftçi” və səfərdə Estoniyanın “Payde” klubuna kiçikhesablı uduzan “Zirə” var. Ev oyununda bu hesabı döndərməyə imkanı var  “Zirə”nin. İnamla Çempionlar Liqasında davam edənsə “Sabah”dı.

 Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR