Yuxun şirin olsun, Vernidub hoca! - "Bayramınızı təbrik etdim, amma indi siz deyirsiniz ki..."
İDMAN
23.07.2026, 16:44
“Neftçi”nın UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Belarusun “Dinamo” (Minsk) klubu ilə keçirilən oyunda ən azından heç-heçə etməsi gözlənilirdi. Qələbə anonsu verənlər də vardı. Çünki klubun iddialı açıqlamaları, Vernidubun özünəinamlı analizi vardı.
Həm də bundan əvvəlki 3 klubumuz ilk mərhələdə ev və səfər oyunlarını uğurlu keçirmişdi və hətta bu qələbə seriyası hazırda davam edir. O üzdən “Neftçi”dən gözləntilər yüksək idi. İkinci mərhələ belə analiz edilirdi. Heç kimin gözləmədiyi halda ağ-qaralar dünənki günün sonunda hamının qanını qaraltmağı bacardı. Mia.az xəbər verir ki, “Neftçi” 2-4 rəqibə məğlub oldu.
Emin Mahmudovun oyunun 2-ci dəqiqəsində vurduğu erkən qolun eyforiyasınımı yaşadı “Neftçi”, yoxsa əslində bu oyuna mental boşluqlarla çıxmışdı, - bilinmir. Baş məşqçi Yeri Vernidubun hələ bundan sonra analiz edəcək olanları. Amma biz dünən gördüyümüzü gördük: 70-ci dəqiqədən sonra 3 real qol imkanının əldən buraxılması, bəsit situasiyalarda rəqibə imkan verilməsi və daha nələr. Vernidub dünən mətbuat konfransında özü də etiraf etdi ki, fərdi səhvlər çox idi. Amma hoca demədi ki, bunlar oyunçuların taktiki intizamsızlığıydı, yoxsa fiziki yorğunluqdan irəli gəlirdi? Yəni problem təkcə yetərsiz funksional hazırlıq idimi?
Vernidubun bütün məsuliyyəti komandanın üzərinə yıxması çox təəccüblüdü. Komandanı o özü formalaşdırıb və hazırlıq prosesində də hər bir dəstəyi alıb klub rəhbərliyindən. İndi nədən narazıdı? Onun “taktika”sı mənə Samir Abasovu xatırladır: o, da oyunçuların səhvinin arxasında gizlənməyə çalışırdı. Əgər oyunçu 90 dəqiqə tab gətirmirsə, bunun səbəbini futbolçudan yox, baş məşqçidən soruşurlar.
Vernudub çox əvəzləmə etdi və ekspertlərin bununla bağlı fikirləri də birmənalı deyil: bəziləri düşünür ki, əvəzləmələr çox gec oldu, bəzilərinin fikrincə, əksinə, dalbadal əvəzləmələr taktika dəyişikliyi havası yaratdı, oyunun tempini aşağı saldı, oyunçular mental boşluğu doldura bilməyərək dalbadal səhvlərə yol verdi.
Vernidub cavab oyununa güvənərək özünə təsəlli verməyə çalışır, rəqib “Dinamo”nun da bundan əvvəlki oyunlarda həm qalib, həm də məğlub olduğundan danışır, amma bu, yalnız onu göstərir ki, adamın həyəcanı hələ də keçməyib və onun rəhbərliyi altında oyunçular rəqib meydançada daha böyük səhvlərə sürüklənəcək. “Neftçi”nin potensialı varsa, onun yönəldilməsi yalnız Yuri hocadan asılıdı. Hoca isə özünün də dediyi kimi, “hələ açılmamış kartları”na güvənib “Neftçi”nin böyük bir məchulluğa düçar edə bilər.
O deyirsiniz-a, 2 qolla “Neftçi” irəlidəydi, o qollardan yalnız birini vurdu komanda, unutmayın. İkincisi avtoqol idi və mənə görə, dünənki oyunda “Neftçi” yalnız həmin o erkən qolla övünə bilər.
Söhbət həm də odu ki, Yuru hocaya azarkeşin yaşadığı şok maraqlı deyil. Onda heç avrokubok həvəsi də yoxdu. Onun cavab oyununa hansı motivasiya ilə gedəcəyi bilinmir. Özünüz düşünün, böyük hədəfləri, çempionluğu, Avropa vəsiqəni hesablayan adam möcüzə yaratmaq məcburiyyətindədi hazırda. Yoxsa “Neftçi” Avrokuboklarla erkən vidalaşsa, bunun altından çıxmaq çətindi. Mən dünən Vernidubdan bunu soruşdum. Mənə maraqlı idi ki, onun komandası cavab oyununda məğlub olsa, baş məşqçi istefa barədə düşünəcəkmi? Yoxsa rəhbərliyin ona verdiyi “kredit”i sonadək xərcləyəcək?
Matçın son dəqiqələrində tribunaların komandanı və rəhbərliyi protesto etdiyini də eşitdik üstəlik. Bu gərginlikdən sonra komandanı həm cavab oyununa, həm də daxili çempionatın startına psixoloji olaraq bərpa etmək mümkün olacaqmı görəsən?
Yuri hocanın cavabları məni təəccübləndirdi. Axırda hətta dedi ki, gecə vaxtıdı, hamı yorulub, yatıb dincəlmək lazımdı. Nə deyək? Oxuyun, özünüz nəticə çıxarın artıq.
Yeri gəlmişkən, mətbuat konfransından öncə jurnalistləri peşə bayramı münasibətilə təbrik edən baş məşqçi daha sonra sualımızdan rəncidə olaraq təbrikini “başımıza vurmağ”ı da unutmadı:
- Mən sizin bayramınızı təbrik etdim, amma indi siz deyirsiniz ki, mən iki oyun məğlub olandan sonra çıxıb getməliyəm? Mən bir az fərqli düşünürəm. Bu, idman, bu futboldu. Mən ömrümdə görməmişəm ki, iki məğlubiyyətdən sonra “istefa” çağırışı olsun. Cavab oyununa yaxşı hazırlaşacağıq. Yaxşı hazırlaşsaq, bəlkə uda bilərik. İndi bu söz sizə gülməli gələ bilər, ciddi qəbul etməyəcəksiniz, amma bu mümkündü. “Dinamo” da bir oyunu uduzmuşdu, sonra penalti nəticəsində ikinci mərhələyə keçə bildi.
Mən dünən dedim ki, sevgidən nifrətə cəmi 1 addım məsafə var. Bir anın içində münasibət bu qədər dəyişməməlidi. Ümimiyyətlə, məşqçilərin tez-tez dəyişməsi də yaxşı hal deyil, komandada kollaps (damar tonusunun qəfil zəifləməsi və ya dövr edən qan həcminin azalması nəticəsində yaranan kəskin qan dövranı çatışmazlığı – Z.M.) yarada bilər. İmkan yaratmaq lazımdı ki, məşqçi işləsin, öz düşüncələrini həyata keçirə bilsin, öz oyunçularıyla çoxlu vaxt keçirərək onları izləyə bilsin.
Zülfiyyə Mustafayeva
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ağdamda traktor minaya düşüb
Bugün, 00:12 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istefa verdi - FOTOLAR
04.09.2026, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
04.09.2026, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
04.09.2026, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
04.09.2026, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
04.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
04.09.2026, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
04.09.2026, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
04.09.2026, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
04.09.2026, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
04.09.2026, 13:53 ŞOU-BİZNES