MÜHARİBƏ - Kəbutər Hakverdinin hekayəsi
PRESS
Bugün, 14:19
Kəbutər Hakverdi,
Xüsusi olaraq Mia.az üçün
***
-A bala, dur paltar gey əyninə, başına dönüm, üşüdəcəksən.
-Yox… durmayacam.
-Dur, gözünə qurban, ev soyuqdu.
-Yox, yox... yox... Yüz dəfə demişəm ki, onunla işin olmasın. Neyniyib e o, sənə?
-A başuva dönüm, axı susa bilmirəm. Ərə get deyirəm də. Pis bir söz demirəm ki. Ailən olsun, evin eşiyin olsun. Gözümün qabağında çürüyürsən e başına dönüm. Deməyə bilmirəm. Ürəyim ağrıyır, ölürəm axı, mənə yazığın gəlmir?
- Sənin mənə yazığın gəlir? Elə oturursan o, durursan o. Ondan başqa sözün yoxdu.
-Mənim dəli balam. Belə ipək saçlar kimdə var, hə? Belə qara gözlər kimin qızında var? Sil gözünün yaşını, o gözləri ağlar qoyanın anası mələr qalsın, necə ki, qalıb…
- Bəsdi ana!!! Niyə düşmənimiz mələr qalmır hə? Onun nə günahı var idi? Necə dilin gəlir omum anasına elə deməyə. Bax bir də desən baş götürüb gedəcəm buralardan. Bilirsən ki, eliyərəm. Özün demirsən dəliyəm?
-hə. Edərsən edərsən. Elə uşaqlıqdan beləydin. Ağlına bir şey girdimi öldürsən də çıxartmaq olmurdu. Atanla məni o qədər qurd-quşun, bör-böcüyün dalınca qaçırtmısan ki... Eh... Dərin getmiş atan, bilirmiş bunları, vaxtında canını götürüb getdi. Məni qoydu bu dünyayla sən dəlinin əlində. ... Ay ölüsünü qoyub, dirisini ağlayan canım eey... Dağ olsam əriyərdim, insan idim dayandım ey...
- Ana qurban olum, ana ağlama nolar... Ağlama... Nə isti əllərin var. Əllərini başıma qoy, belə olanda bilirsən necə rahat oluram, Elə bilmirəm bappbalaca uşağam.
-Balaca olanda da bir yerin ağrıyan kimi deyirdin əlini qoy ağrım kəssin. Atan da tez xoruş çəkirdi ki, ananı məndən çox istəyirsən.
- Ana, heç atamı sevmisən?
- Nə bilim. Yəqin nəsə olub da.
- Bəs ondan sonra niyə kiməsə getmədin?
-Sən varıydın axı.
-Onda mənə bir də ərə get emə. Mənim də oğlum var axı.
-Ona görə deyirəm ki, sən məndən cavansan. Oğluna mən baxacam. Mənim kimim varıydı sənə baxsın? Elə bilirsən peşman olmamışam. Mənim yaşıma çatanda başa düşərsən ki, məni niyə özümü öldürürəm. Onda söyəcəksən goruma. Əlin heç yerə çatmayacaq.
-O qayıdacaq.
-Haradan? Ordan sağ qayıtmaq olar? Sağdısa on ildə, on beş ildə bir xəbər çıxardı.
-Demişdi gələcəm. Sız vermişdi.
-Gözəl balam. Allahın yazığı gəlmədi sənə. Heç olmasa sənin o körpəyə yazığın gəlsin. Üzünə ata nəfəsi dəyməyib, illərdi ata deyib ləlləyir. Gələcək deyib onun da gözünü yollarda qoyursan. Vallah sümüyü sürməyə dönüb onun...
-Ana...
-Can bala...
-Ağlama ana... görərsən, Vallah bilirəm ki, gələcək...
-Dur paltar geyin əyninə, hava soyuqdu, ay qızım, üşüyəcəksən…
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yuxun şirin olsun, Vernidub hoca! - "Bayramınızı təbrik etdim, amma indi siz deyirsiniz ki..."
Bugün, 16:44 DÜNYA
-
Türkiyə bu dilənçidən danışır: gündüz dilənir, gecə isə… - FOTO
Bugün, 16:32 DÜNYA
-
Rusiya hərbi təyyarəsi Moskvada qəzaya uğrayıb - FOTO
Bugün, 16:26 GÜNDƏM
-
Bakı Qızlar Universiteti akkreditasiyadan keçə bilmədi: Qəbul planı ayrılacaq, yoxsa...? - DİM "Bu, bizim səlahiyyətlərimizdə deyil” deyir
Bugün, 16:11 CƏMİYYƏT
-
Mehriban Abasquliyeva və keçmiş şöbə müdirləri apellyasiya şikayəti veriblər
Bugün, 16:06 KRİMİNAL
-
Sabiq icra başçısından iddialara reaksiya: "10 mini olanın atasına lənət" - "Ramiz Mehdiyevlə vuruşa-vuruşa icra başçısı işləmişəm"
Bugün, 15:49 SİYASƏT
-
Azərbaycan Premyer Liqası və Kuboku: tam təqvim elan olunub
Bugün, 15:43 İDMAN
-
Məşhur futbolçudan uşaq doğan model ortalıqda qaldı – “Uşaq mənim deyil”
Bugün, 15:36 ŞOU-BİZNES
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
Bugün, 15:17 MƏDƏNİYYƏT
-
DÇ-2026-dan qazanclı çıxan türk klubları - Hansı nə qədər qazandı?
Bugün, 15:13 İDMAN
-
Sahil Babayev "Ezamiyyə Qaydaları"na dəyişiklik edib
Bugün, 15:03 İQTİSADİYYAT
-
Baxçalı: “Kılıçdaroğlu büdcədən ayrılan pulu Özgür Özəllə bölməlidir”
Bugün, 14:55 SİYASƏT
-
Şahin Şıxlinski, oğlu və Səfərov qardaşları haqqında yeni qərar verildi
Bugün, 14:41 SİYASƏT
-
Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Bugün, 14:28 SİYASƏT
-
MÜHARİBƏ - Kəbutər Hakverdinin hekayəsi
Bugün, 14:19 PRESS
-
İlhamə Novruzova Naxçıvan TV-dən uzaqlaşdırıldı - Yerinə təyinat oldu
Bugün, 14:09 PRESS
-
ARDNF 6 aylıq hesabat verdi
Bugün, 14:05 İQTİSADİYYAT
-
Qarabağda Daimi Məskunlaşdırma Fondu yaradıldı - Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi
Bugün, 13:25 GÜNDƏM
-
"Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edildi
Bugün, 12:42 GÜNDƏM
-
Tanınmış aktrisa: “Bəyəndiyim biri evə dəvət etsə…”
Bugün, 12:42 ŞOU-BİZNES
-
“20 Yanvar”dakı kafedən idarə edilən saxta MMC-lər... - 42 milyonluq əməliyyat üzrə kimlər saxlanıldı? (TƏFƏRRÜAT)
Bugün, 12:29 İQTİSADİYYAT
-
Türkiyənin ən varlı adamı dəyişdi
Bugün, 12:19 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:12 CƏMİYYƏT
-
“Fənərbağça”nın qolkiperi komandadan ayrıllır
Bugün, 11:53 İDMAN
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 11:50 GÜNDƏM
-
Peşə təhsili müəssisələrində illik təhsil haqları...
Bugün, 11:33 CƏMİYYƏT
-
"Azərbaycan Mədəniyyəti – 2040": İşçi qrupunun ilk iclası keçirilib - FOTOLAR
Bugün, 11:21 MƏDƏNİYYƏT
-
“Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarıldı - Sabiq icra başçısına məxsusdur
Bugün, 11:20 İQTİSADİYYAT
-
Pakistanda güclü yağışlar… - Ölənlərin sayı 37-yə çatıb
Bugün, 11:07 DÜNYA
-
Peşə təhsil müəssisələrinə qəbul başlayıb
Bugün, 11:07 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Misir liderinə məktub göndərdi - MƏTN
Bugün, 10:48 GÜNDƏM
-
Türkiyədə saxlanılan vali əleyhinə paylaşım edənləri döydürürmüş
Bugün, 10:37 KRİMİNAL
-
Qəbələdə 10-dan artıq bürc yeri aşkarlanıb
Bugün, 10:25 MƏDƏNİYYƏT
-
Türkiyə millisinin futbolçusu evləndi - Xanımı nikah mərasimində elə şey dedi ki….
Bugün, 10:07 ŞOU-BİZNES