ARDNF 6 aylıq hesabat verdi

ARDNF 6 aylıq hesabat verdi

İQTİSADİYYAT

Bugün, 14:05

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin ilk altı ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Fonddan Mia.az-a bildirilib ki, 2026-cı il iyunun 30-na Fondun aktivləri 72 milyard 596 milyon ABŞ dolları (123 milyard 414 milyon manat) təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ilin əvvəlində bu göstərici 73 milyard 542 milyon ABŞ dolları (125 milyard 21 milyon manat) olub.

Hesabat dövründə Fondun ümumi gəlirləri 8 milyard 531,3 milyon manat təşkil edib. Bunun 4 milyard 953,4 milyon manatı neft-qaz sazişləri üzrə əldə olunan gəlirlərin, 3 milyard 577,9 milyon manatı isə vəsaitlərin idarə edilməsindən əldə olunan investisiya gəlirlərinin payına düşüb.

2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 milyard 449,7 milyon manat vəsait köçürülüb.

Fondun neft-qaz layihələrindən əldə etdiyi gəlirlər əsasən mənfəət neftinin və qazın satışından formalaşıb.

Belə ki, hesabat dövründə mənfəət nefti və qazın satışından 4 milyard 947,6 milyon manat, bonus ödənişləri və tranzit gəlirlərindən 0,9 milyon manat, akrhesabı ödənişlərindən isə 4,9 milyon manat daxil olub.

ARDNF bildirir ki, ilk altı ay ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4 milyard 374,9 milyon manat, “Şahdəniz” yatağından qaz və kondensat satışından isə 437,1 milyon manat gəlir əldə edilib.

İnvestisiya gəlirləri 3,6 milyard manata yaxınlaşıb

Hesabata əsasən, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər 3 milyard 577,9 milyon manat təşkil edib. Bu, ARDNF-nin investisiya portfelinin gəlirliliyinin dövlət büdcəsinin maliyyələşdirilməsində mühüm rol oynamaqda davam etdiyini göstərir.

2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Dövlət Neft Fondu ölkənin əsas maliyyə ehtiyatı kimi həm neft-qaz gəlirləri, həm də investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına dövlət büdcəsinin maliyyələşdirilməsində mühüm rolunu qoruyub saxlayır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR