Qarabağda Daimi Məskunlaşdırma Fondu yaradıldı - Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi

Qarabağda Daimi Məskunlaşdırma Fondu yaradıldı - Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi

GÜNDƏM

Bugün, 13:25

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara dəyişiklik təsdiqlənib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı adıçəkilən qanunlara dəyişikləri imzalayıb.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır.

Yeni yaradılacaq fonda daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.

Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.

"Məcburi köçkünlərin sosial müdafiəsi haqqında" qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq.

Artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər.

Dövlət başçısının qeyd olunan qanunlarla bağlı imzaladığı Fərmanla Nazirlər Kabineti Mənzil Məcəlləsinin 108-1-ci maddəsinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydasını 4 ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla təsdiq edəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR