Türkiyənin ən varlı adamı dəyişdi  

Türkiyənin ən varlı adamı dəyişdi  

İQTİSADİYYAT

Bugün, 12:19

“Forbes”in yenilənmiş milyarderlər siyahısında Türkiyənin ən varlı adamı dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni siyahıya əsasən, “Kazancı Holdinq”in baş direktoru Şaban Cəmil Kazancı Murat Ülkeri keçərək birinci ilk sıraya yerləşib.

Forbes məlumatlarına görə, Şaban Cəmil Kazancının sərvəti 121 milyon dollar (2,36%) artımla 5,3 milyard dollara çatıb: “Bu artımla “Kazancı” qlobal reytinqdə 794-cü yerə yüksəlib. “Yıldız Holdinq”in Direktorlar Şurasının rəhbəri Murat Ülker 5,2 milyard dollarlıq sərvəti ilə Türkiyənin ikinci ən varlı adamı statusuna sahiblənib”

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR