İki keçmiş əzəli rəqib bir komandada - Kazemiro Messi ilə yan-yana!

İki keçmiş əzəli rəqib bir komandada - Kazemiro Messi ilə yan-yana!  

İDMAN

Bugün, 09:48

"Barselona"da oynayarkən Lionel Messiyə qarşı "Real Madrid"də tər tökən braziliyalı ulduz Kazemironun yeni komandası bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Mançester Yunayted"dən ayrılan 34 yaşlı yarımmüdafiəçi MLS komandası "İnter Mayami" ilə 2027-ci ilin sonuna qədər müqavilə imzalayıb.

Məlumatda deyilir ki, müqaviləyə 2029-cu ilin iyun ayına qədər uzatma bəndi də əlavə olunub.

Xatırladaq ki, 2022-ci ildə "Real Madrid"dən "Mançester Yunayted"ə keçən Kazemiro ötən mövsüm İngiltərə komandasında 35 oyuna 9 qol vurub. O, "Real Madrid"də 5 UEFA Çempionlar Liqası və 3 La Liqa şempionluğu qazanıb

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR