Meksikada jurnalist yemək yediyi yerdə öldürüldü - FOTO

Meksikada jurnalist yemək yediyi yerdə öldürüldü - FOTO

PRESS

Bugün, 09:27

Meksikanın Oaxaka ştatında jurnalist Fransisko Alejandro Leyva küçədə öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, açıq havada fəaliyyət göstərən  kafedə səhər yeməyi yeyərkən başından güllələnib.

Məlumata görə, jurnalist hadisə yerində dünyasını dəyişib.

Şəhər qubernatoru Salomon Xara qətli pisləyib və tezliklə cinayətkarların tapılaraq cəzalandırılacağına söz verib: “İfadə azadlığına qarşı cinayətlərə görə məsul federal orqanlarla əlaqələndirilmiş şəkildə araşdırma başlayıb…”.

Məlumatda deyilir ki, yanvar ayından bəri bu, ölkədə sayca 7-ci jurnalistin qətlidir.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR