Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verildi

Azərbaycanda saxlanılan Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verildi

KRİMİNAL

Bugün, 17:57

Qırğızıstan vətəndaşı - 1994-cü il təvəllüdlü Tadzhimatov Kamoliddin Salicanoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Rusiya Baş Prokurorluğunun vəsatətini Azərbaycanın Baş Prokurorluğu təmin edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Rusiyada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Tadzhimatov Kamoliddin Salicanoviç 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanına təhvil verilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR