İran Küveytin mülki obyektlərini yenə vurub - İşıq və su problemi yaranıb

İran Küveytin mülki obyektlərini yenə vurub - İşıq və su problemi yaranıb

GÜNDƏM

Bugün, 00:25

İran ABŞ-ın hücumlarına şərait yaratmaqda ittiham etdiyi Küveytdəki elektrik və su təmizləyici qurğulara növbəti dəfə zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, raket və kamikaze dronlarla baş verən hücumdan sonra elektrik stansiyasında güclü yanğın çıxıb.

Məlumata görə, stansiya böyük zərər görüb, nəticədə bir çox bölgədə, xüsusiylə Hittin bölgəsində elektrik kəsintisi baş verib.

Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyindən bildirilib ki, son iki gündə İran bu stansiyaya ikinci zərbə endirib: “İstər enerji, istərsə də suyun verilişində problemlər yaranıb. Hazırda təcili tədbirlər planlar işə salınıb, enerji və su böhranının aradan qaldırılması istiqamətində işlər gedir”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR