Ağdamda minalanmış ərazidə yanğın olub

Ağdamda minalanmış ərazidə yanğın olub

GÜNDƏM

Bugün, 12:09

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Mia.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR