FİFA “Səbail”ə transfer qadağası qoyub

FİFA “Səbail”ə transfer qadağası qoyub

İDMAN

Bugün, 17:09

Azərbaycanın I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.

Mia.az İdmanxeber.az-a istinadən xəbər verir ki, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir.

Problemi həll edilməyən oyunçu FİFA-ya müraciət edib. Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib. “Dənizçilər” bu müddətdə bir neçə yeni futbolçunun keçidini açıqlasa da, cəza səbəbindən onları qeydiyyatdan keçirə bilmir.

Yeni rəhbərliklə növbəti mövsüm iddialı olması gözlənən klub Mustafa Yakubuya qarşı öhdəliyini yerinə yetirə bilməsə, çətin vəziyyətdə qalacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR