Kılıçdaroğlu və Özəl Dəniz Baykalın xanımının dəfnində: tərs baxışlar, gərilən sifətlər... - FOTOLAR

Kılıçdaroğlu və Özəl Dəniz Baykalın xanımının dəfnində: tərs baxışlar, gərilən sifətlər... - FOTOLAR

SİYASƏT

Bugün, 16:56

CHP sədri Kamal KIlıçdaroğlu ilə Özgür Özəl bu gün partiyanın mərhum sədri Dəniz Baykalın həyat yoldaşı Olcay Baykal Ankarada keçirilən dəfn mərasimində üz-üzə gəliblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimdə Özgür Özəllə Kamal Kılıçdaroğlu çox soyuq görüşüblər.

İkilnin görüş anındakı üz cizgilərinin gərilməsi də diqqətdən qaçmayıb.

Bundan başqa, hər iki siyasi lider mərasimə ayrı-ayrılıqda əklil göndərib.

Xatırladaq ki, Dəniz Baykalın 88 yaşlı xanımı iki gün əvvəl 88 yaşında müalicə aldığı Antalyadakı xəstəxanada vəfat edib. O, bu gün Ankaranın Karşıyaka qəbiristanlığında Dəniz Bykalın yanında dəfn olunub.

F.Səfərli

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR