DİN-də vakant vəzifələrə imtahan başlayır - TQDK

img

09-10-2014 [17:49]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, imtahan Bakı Qızlar Universitetinin binasında (ünvan: M. Sənani küçəsi 14) saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.
Sənəd qəbulu haqqında elan, "Müsabiqənin keçirilməsi Qaydaları”, test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri "Mübariz Keşikdə” qəzetində, həmçinin digər qəzetlərdə dərc olunub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-in) internet saytında yerləşdirilib.
Sənədlərin qəbulu bu il iyunun 9-dan iyulun 9-dək DİN tərəfindən aparılıb.
Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə sənəd verib.

İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq.
Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə- müsahibəyə buraxılırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib