Hava limanı, körpülər… - ABŞ İranda mülki obyektləri vurub

Hava limanı, körpülər… - ABŞ İranda mülki obyektləri vurub  

GÜNDƏM

Bugün, 09:16

ABŞ ordusu ötən gecə növbəti hücum dalğasında İranda bəzi mülki obyektləri də vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran hökuməti məlumat yayıb.

Fars Xəbər Agentliyi yazır ki, ABŞ ordusu Sistan-Bəlucistan əyalətindəki İranşəhr hava limanına və Xuzistandakı Həmidiyyə şəhərinə hücum edib.

“Mehr”in hökumətə istinadla yazdığı məlumatda isə deyilir ki, ABŞi Bəndər Həmir-Bəndər Abbas avtomobil yolundakı əsas körpünü də partladıb.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) beşinci gecə hücumunun səhərə qədər davam etdiyini və İranın mühüm hərbi hədəflərinin vurulduğunu açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR