Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”

Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”

GÜNDƏM

Bugün, 00:17

İran Xarici İşlər Nazirliyi yeni bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda ABŞ Pakistanın dəstəyi ilə imzalanmış Anlaşma Memorandumunu pozmaqda ittiham olunub. Bildirilib ki, Amerika tərəfi bununla diplomatiyaya növbəti dəfə xəyanət edib: “Bundan sonra yaşanacaq və baş verəcək hər bir hadisə Vaşinqton məsuliyyət daşıyır”.

Bəyanatda həmçinin ABŞ-ın son 4 gündə mülki obyektləri bombalamasına diqqət çəkilib: “Qarşı tərəf bu cür aktlarla yeni müharibə cinayətlərinə imza atmaqdadır. ABŞ tərəfi son günlər  Huveyzada taxıl anbarına, Dehloranda içməli su zavoduna və Çabaharda dəniz müşahidə qülləsinə edilən hücumlarla həm də  beynəlxalq hüquq və BMT Nizamnaməsini kobud şəkildə pozub…”

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR